Mərkəzi Bank yanvarın 25-də Rusiya rublunun kursunu 0,0259 manata qaldırıb.
Novator.az-ın məlumatına görə, Türkiyə lirəsi də bahalaşıb: 0,3231 manat.
Dəyər itirən avro banklara 1,9245, Gürcüstan larisi 0,6397 manata təklif olunur.
ABŞ dollarının rəsmi məzənnəsi 1,7 manat səviyyəsində qalıb (Tam siyahı). Bu qiymət 2018-ci il martın 7-dən dəyişmir.
Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla start verib.