• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Köçəryan tərəfdarlarına müraciət edib

  • 25 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Ermənistanın sabiq prezidenti Robert Köçəryan tərəfdarlarına müraciət edib. Novator.az-ın məlumatına görə, yanvarın 25-də dərc olunan müraciətdə Robert Köçəryan bildirir ki, həbsdə olsa da, Ermənistandakı, Qarabağdakı və regiondakı hadisələri diqqətlə izləyir. O, baş nazir Nikol Paşinyanın hökumətinin siyasətdə və dövlət idarəçiliyində tam acizlik nümayiş etdirdiyini vurğulayır.

Robert Köçəryan hakimiyyət komandasının ölkəni effektli idarə etmək gücündə olmadığını yazır, qeyd edir ki, çox uzaq olmayan gələcəkdə Ermənistan yerinə yetirilməsi mümkün olmayan populist vədlərdən doğan peşmançılıq dalğası ilə üz-üzə qalacaq: “İqtisadiyyatda, daxili və xarici siyasətdə kobud səhvlərin nəticəsi hər birimiz üçün ağır olacaq. Qarabağ münaqişəsinin nizamlanmasında hər bir səhv isə (artıq bu yöndə səhvlər var) qarşısıalınmaz ağır nəticələrə gətirib çıxara bilər”.

Robert Köçəryan siyasi məhbus olduğunu yazaraq bildirir ki, məhbəs onu sındıra, siyasi fəaliyyətdən əl çəkməyə vadar edə bilməz.

Robert Köçəryan 1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulub. 1988-ci ildə başlayan işğalçı Qarabağ müharibəsinin rəhbərlərindən biridir. 1992-1997-ci illərdə Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib. 1997-ci ildən Ermənistanın baş naziri olub, 1998 və 2003-cü illərdə prezident seçilib.

2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət baş nazir Serj Sərkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.

2018-ci ildə hakimiyyətə Nikol Paşinyan gəldikdən sonra bu iş üzrə istintaq yenilənib. Ermənistanın Xüsusi İstintaq Xidməti 1 mart 2008-ci il qırğınının istintaqına cəlb etdiyi Robert Köçəryana ötən il iyulun 26-da cinayət işi qaldırıb. O, bir qrup şəxslə qabaqcadan əlbir olmaqla dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilir.

Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmə iyulun 27-də Robert Köçəryanın 2 ay müddətinə həbsinə qərar verib, avqustun 13-də apellyasiya instansiyası toxunulmazlıq hüququnu əsas gətirib sabiq prezidenti azadlığa buraxıb. Kassasiya Məhkəməsi Baş Prokurorluğun etirazını nəzərə alaraq noyabrın 15-də işi yenidən baxılmaq üçün apellyasiya instansiyasına göndərib, Ermənistanın Apellyasiya Məhkəməsi dekabrın 7-də Robert Köçəryanın həbsinə qərar verib. Sabiq prezident Yerevandakı “Kentron” cinayət-icra müəssisəsində saxlanır.

Köçəryan: “Hakimiyyət çamadan deyil”

Köçəryan istintaqa çağırılır

Köçəryan istintaqı məntiqsizlikdə günahlandırdı

Köçəryana vaxt qoyulub

Köçəryanı tuturlar

Köçəryan həbs olundu

Köçəryanın ölkədən çıxması yasaqlandı

Köçəryan: “Hər bir ehtiyatsız ifadə gərginliyi artırır”

Köçəryan partiya yaratmaq istəyir

Köçəryan yenə həbsə gedir

Köçəryan içəridə qaldı

Qukasyanın səsi çıxdı

Köçəryanla bağlı qərar yanvarın 18-də veriləcək

Köçəryanın həbs müddəti uzadılıb

Hərbi prokuror illik hesabat verib

  • 25 Yanvar 2019
  • comments

Moldovada seçki kampaniyası başladı

  • 25 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda