Respublikaçı Alternativ (REAL) Partiyası media açıqlaması yayıb. Novator.az-ın məlumatına görə, açıqlamada deyilir: “Ötən il dekabrın 26-dan başlayan geniş sosial iştirakçılıq, siyasi məhbuslar mövzusunun ölkə gündəminə görünməmiş miqyasda daxil olması, gənclərin etiraz və həmrəylik aksiyaları, beynəlxalq dayanışma aktları və 19 yanvar mitinqi təsirli ictimai rəy örnəyi yaratdı, toplum yeni keyfiyyət qazandı. Nəticədə çoxsaylı siyasi məhbuslardan olan Mehman Hüseynova qarşı açılmış yeni cinayət işinə xitam verildi və o, martın əvvəlində azadlığa çıxmalıdır”.
Açıqlamada qeyd olunur ki, 19 yanvar mitinqində REAL sədri İlqar Məmmədovun çıxışı partiyanın siyasi məhbuslar mövzusuna münasibətini cəmiyyətə yetərincə çatdırıb: “Növbəti mitinqdə iştirak edərək mövqeyimizin təkrarlanmasına indiki mərhələdə ehtiyac görməsək də, sosial aktivliyin möhkəmləndirilməsi üçün çeşidli vasitələrlərdən istifadə edəcəyik.
Azərbaycan siyasi məhbus ayıbından birdəfəlik qurtulmalı, cəmiyyətimiz ölkə qarşısında duran təməl vəzifələrə köklənməlidir. Hakimiyyət yalnız bir siyasi məhbusla bağlı müsbət addım atdısa, bunun ardıcıl hal alaraq ən qısa zamanda digər siyasi məhbusların da azadlığı ilə nəticələnməsi üçün növbəti tədbirlər görməlidir. Hakimiyyəti müxtəlif hüquqi alətlərdən istifadə etməklə problemi təcili çözməyə çağırırıq”.
Bəzi hüquq müdafiəçiləri Azərbaycanda 150 nəfərdən çox şəxsi siyasi məhbus sayır. Onlardan biri olan bloqçu Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.
2018-ci il dekabrın 26-da ona hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə ittihamı ilə yeni cinayət işi açılıb.
3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan bu ittiham böyük ictimai narazılığa səbəb olub. Mehman Hüseynov bir müddət aclıq aksiyası keçirib. Ona Müsavat Partiyasının Bakıdakı mərkəzi qərargahında aclıq aksiyası ilə dəstək verilib. Bir neçə siyasi məhbus da aclığa başlayıb. Yanvarın 3-də və 6-da Bakıda Mehman Hüseynova azadlıq tələbi ilə sanksiyalaşdırılmamış aksiyalar keçirilib.
Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamenti yanvarın 17-də “Azərbaycanda Mehman Hüseynovun işi” adlı qətnamə qəbul edib. Qətnamədə məhbus bloqçu Mehman Hüseynovun dərhal və qeyd-şərtsiz azad olunması, ona qarşı bütün yeni ittihamlara xitam verilməsi tələb olunub.
Yanvarın 19-u Bakının Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda mitinq keçirilib. Demokratik Qüvvələrin Milli Şurasının təşəbbüsü ilə baş tutan mitinqdə Mehman Hüseynovun və bəzi hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı başqa şəxslərin azadlığa buraxılması tələb olunub.
Aksiyada Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov, Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı, Müsavat Divanının üzvü Tofiq Yaqublu, sabiq daxili işlər naziri İsgəndər Həmidov və başqaları çıxış ediblər.
Yanvarın 21-i Avropa Şurası Parlament Assambleyasının (AŞPA) binasında Mehman Hüseynovun işi üzrə dinləmə keçirilib. Dinləmədə iştirakçılar rəsmi Bakını fərqli düşünənləri təqib etməkdə, vətəndaşların hüquq və azadlıqlarını pozmaqda qınayıblar. Onlar hakimiyyəti Avropa Şurası qarşısında öhdəliklərini yerinə yetirməyə, siyasi məhbuslar problemini həll etməyə çağırıblar.
Yanvarın 22-də Baş Prokurorluq prezident İlham Əliyevin təklifini nəzərə alaraq Mehman Hüseynova qaldırılmış ikinci cinayət işinin icraatına xitam verib.
Mehman Hüseynovun məhkəməsi: qərar verildi
Nazirlik bloqçudan şikayətçidir
Mehman Hüseynovdan iltizam alındı
Mehman Hüseynov azadlıqdan məhrum edildi
Mehman Hüseynovun şikayətinə Ali Məhkəmədə baxılacaq
Mehman işi aşağı məhkəməyə qaytarıldı
Məhkəmə hökmü yenə qüvvədə saxladı
Məhbus bloqçu “Nərgiz” mükafatına layiq görülüb
Mehman Hüseynovun işindən şikayət hazırlanır
Mehman Hüseynovun işi: naməlum səbəblər
Mehman Hüseynovun şikayəti təmin edilməyib
Mehman Hüseynova yeni cinayət işi qaldırılıb
Məhbus bloqçunun aclıq aksiyasına başladığı bildirilir
“Mehman Hüseynova azadlıq!”: məhkəmədən yeni qərarlar gözlənir
Azadlıq istəyənlərdən dördü həbs olundu
Mehman Hüseynov aclıq aksiyasını davam etdirdiyini söyləyib
Mehman Hüseynovun işi: daha bir aksiya
Müsavat mitinq keçirmək qərarına gəlib
Penitensiar Xidmət aclıq xəbərini təkzib edir
Ombudsman Aparatı Mehman Hüseynovla bağlı məlumat yayıb
Mehmana azadlıq istəyənlərin məhkəməsi: yeni qərarlar var
Avropalı komissar Bakıya Mehman təklifi verdi
YAP-çı deputatların reaksiyası
Mehman hansı sözə görə tutulub?
ATƏT-dən Mehmanı buraxmaq çağırışı gəldi
Həbsdə olan müsavatçı aclığa başladığını elan edib
Siyasi Məhbusları Müdafiə Mərkəzi toplantı keçirib
Mehman Hüseynov: daha bir aksiya təyin olunub
Məhbəsdə aclıq: yeni bəyanatlar var
Müsavat fəalı: istintaq yekunlaşdı, aclıq dayandı
Avropa Parlamenti Mehman Hüseynovla bağlı qətnamə qəbul edə bilər
Milli Şuranın mitinqinə icazə verildi
Ofeliya Hüseynovaya Mehmanla görüşməyə icazə verilməyib
Aclıq edən məhbuslarla görüş olub
Mehman Hüseynovla bağlı qətnamə layihəsində nələr var?
Siyasi Məhbusları Müdafiə Mərkəzi hesabat açıqlayıb
“Mehman Hüseynovun işi”: Avropa Parlamenti qətnamə qəbul etdi
“Bu cəhd heç bir nəticə verməyəcək”
Milli Şuranın 19 yanvar mitinqi
Mehman Hüseynovun prezidentə müraciət etdiyi bildirilir
Prezident İlham Əliyev Mehman Hüseynovla bağlı tövsiyə verib
Mehman Hüseynovla bağlı dinləmə keçirilib
Mehman Hüseynovun cinayət işi xətm olundu
Aclıq edən məhbuslardan nə xəbər?
Azadlıqdakı aclıq dayandırıldı
Mitinqin təşkilatçılarına xəbərdarlıq edildi
Siyasi məhbus siyahıları yenilənəcək
Məhbuslar aclığı dayandırıblar