• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cəbhəçi işgəncələrə məruz qaldığını deyir

  • 23 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP üzvlərinin mühakiməsi davam etdirilir.

Məhkəmə qarşısına AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli, Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli çıxarılıb.

Yanvarın 22-si hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Aqil Məhərrəmli ifadə verib.

“Amerikanın səsi” xəbər verir ki, Aqil Məhərrəmli 2018-ci ildə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığı vaxt işgəncələrə məruz qaldığını, döyüldüyünü, bədəninə elektrik cərəyanı verildiyini söyləyib. O bildirib ki, ibtidai istintaqa ilkin ifadəsini işgəncələrin təsiri altında imzalamağa məcbur olub.

Aqil Məhərrəmlinin sözlərinə görə, bu hadisələr baş verəndə Ramazan ayı idi, onu döyənlər də oruc tuturmuş: “Dedilər ki, günahın olmasaydı, Allah səni bizim kimi oruc adamların əliylə cəzalandırmazdı… Üzərimdəki işgəncə yerləri uzun müddət qalmışdı. Təcridxanada Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri yanıma gələndə onlara da göstərdim”.

Novbəti məhkəmə prosesi yanvarın 23-nə təyin edilib.

1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış, 1997-ci ildən Rusiyada yaşayan və orada bizneslə məşğul olan Saleh Rüstəmov 2018-ci ilin mayında qohumunun yas mərasimində iştirak etmək üçün Gədəbəyə gəlib. Mayın 8-də o, Rusiyaya qayıtmaq üçün Gədəbəydən Bakıya yola düşərkən Şəmkir yaxınlığında, qardaşı oğlu Vidadi Rüstəmli ilə birgə tutulub.

Mayın 25-də isə bu iş üzrə Aqil Məhərrəmli, Babək Həsənov və Ruslan Nəsirli də tutulublar.

Həbs edilənlər qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda və Cinayət Məcəlləsinin digər maddələri ilə təqsirləndirilirlər.

İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar. AXCP sədri Əli Kərimli bu işi partiyaya qarşı illərdir davam edən repressiyaların tərkib hissəsi kimi qiymətləndirir.

23 yanvar məzənnələri

  • 23 Yanvar 2019
  • comments

Reportyorlar (8)

  • 23 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda