• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

4+54 (Qarabağ görüşləri)

  • 23 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in Şərh

Prezident İlham Əliyev yanvarın 22-si İsveçrənin Davos şəhərində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdü. Bir saatdan çox çəkən görüşdə Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin vəziyyəti müzakirə olundu.

Novator.az bildirir ki, bu, İlham Əliyevlə Nikol Paşinyanın dördüncü görüşü idi.

Ermənistan hökumətinə 2018-ci il mayın 8-dən başçılıq edən Nikol Paşinyan Azərbaycan prezidenti ilə iyunun 14-ü Rusiyanın paytaxtı Moskvada, dünya futbol çempionatının açılışı günü tanış olub. Onları rəsmi qəbul zamanı Rusiya prezidenti Vladimir Putin bir araya gətirib.

2018-ci il sentyabrın 28-i Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB sammiti zamanı İlham Əliyevlə Nikol Paşinyan arasında ilk söhbət olub. Prezident və baş nazir təmas xəttində, eləcə də sərhəddə atəşkəs rejiminin möhkəmlənməsi barədə razılığa gəliblər.

MDB liderlərinin dekabrın 6-sı Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən zirvə toplantısında İlham Əliyevlə Nikol Paşinyan yenə görüşüblər. Onlar danışıqların davam etdirilməsi, atəşkəs rejiminin möhkəmləndirilməsi, əsir və girovların dəyişdirilməsi məsələlərini müzakirə ediblər.

Nikol Paşinyan hökumətinin xarici işlər naziri Zöhrab Mnasakanyan da azərbaycanlı həmkarı Elmar Məmmədyarovla indiyəcən dörd dəfə görüşüb. Onlar ötən il iyulun 11-i Belçikanın paytaxtı Brüsseldə, sentyabrın 26-sı ABŞ-ın Nyu-York şəhərində, dekabrın 5-i İtaliyanın Milan şəhərində, bu il yanvarın 16-sı Fransanın paytaxtı Parisdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə ediblər.

1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı 7 rayonu işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri sülh danışıqları heç bir nəticə vermir.

İntensiv ikitərəfli təmaslar 1998-ci ildə başlayıb. Həmin vaxtdan 2017-ci ilin sonunadək Azərbaycan və Ermənistan liderləri 54 görüş keçiriblər. Bunun 23-ü prezidentlər Heydər Əliyevlə Robert Köçəryanın görüşləri, 9-u prezidentlər İlham Əliyevlə Robert Köçəryanın görüşləri, 22-si prezidentlər İlham Əliyevlə Serj Sərkisyanın görüşləri olub.

Hansı növ xəbərin oxucusuyuq və xəbəri hardan oxuy...

  • 23 Yanvar 2019
  • comments

Əfqan Muxtarlının müraciəti

  • 23 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda