• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mitinqin təşkilatçılarına xəbərdarlıq edildi

  • 22 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Demokratik Qüvvələrin Milli Şurasının yanvarın 19-da keçirdiyi mitinqin təşkilatçıları yanvarın 22-də Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib.

Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı Şəhər Prokurorluğunun yaydığı birgə açıqlamada deyilir ki, Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirilən 19 yanvar mitinqindən sonra iştirakçıların bir qrupu Şərifzadə küçəsində və “İnşaatçılar” metro stansiyasının yaxınlığında “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinə zidd olaraq aksiyanın razılaşdırılmış vaxtından və ərazisindən kənar qanunsuz küçə yürüşünə cəhd ediblər.

Açıqlamada qanunsuz küçə yürüşünə yetkinlik yaşına çatmayanların da cəlb edildiyi qeyd olunur.

Vurğulanır ki, həmin yürüşə cəhd zamanı ətrafdakıların diqqətini çəkmək və əhali arasında qorxu, vahimə yaratmaq, vətəndaşlara qarşı kobudluq, istirahət hüquqlarının pozulması kimi qanunazidd hərəkətlərə yol verilib, ərazidə xidmətdə olan polis əməkdaşlarına tabesizlik göstərilib: “Qeyd edilənlərlə əlaqədar 19 yanvar mitinqinin təşkilatçıları yanvarın 22-də Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilərək ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamaqda ifadə olunan, əhalinin rahatlığını, müəssisə, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərinin gələcəkdə təkrarlanacağı təqdirdə, belə qanunsuz aksiyanın təşkilatçıları və iştirakçıları cinayət məsuliyyəti də daxil olmaqla barələrində qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlərin görüləcəyinə dair rəsmi şəkildə xəbərdar ediliblər”.

Demokratik Qüvvələrin Milli Şurası müxalifətin bir hissəsini birləşdirir. Şuraya tarixçi professor Cəmil Həsənli sədrlik edir. Şuranın liderlərindən biri Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidir.

19 yanvar mitinqində Milli Şuranın üzvü olmayan bəzi partiyalarının təmsilçiləri də iştirak ediblər.

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya saat 15-dən 17-dək davam edib.

Aksiyanın əsas tələbi bloqçu Mehman Hüseynovun və bəzi hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı başqa şəxslərin azadlığa buraxılması olub.

Demokratik Qüvvələrin Milli Şurası yanvarın 26-da da eyni yerdə mitinq keçirmək istəyir. 26 yanvar mitinqi ilə bağlı xəbərdarlıq məktubu Bakı Şəhər İcra Hakimiyyətinə yanvarın 18-də göndərilib, hazırda təşkilatçılar meriyadan cavab gözləyirlər.

Erməni general yenə həbsə gedir

  • 22 Yanvar 2019
  • comments
Afqan Muxtarli

Əfqan Muxtarlı narahatdır

  • 22 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda