Mehman Hüseynovun cinayət işi xətm olundu
- 22 Yanvar 2019
- comments
- Novator.az
- Posted in ManşetXəbər
Yanvarın 22-də Baş Prokurorluq rəsmi açıqlama yayıb. Açıqlamada deyilir: “Bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət edib.
Prezident İlham Əliyev ədalət və humanizm prinsiplərini önə çəkərək həmin müraciətləri nəzərə alıb və baş prokurora cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini tövsiyə edib.
Baş prokuror istintaq orqanına Mehman Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verib. İstintaq orqanı Mehman Hüseynovun gənc olduğunu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyini, islah olunma yoluna qədəm qoyduğunu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğunu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olduğunu, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığını nəzərə alaraq Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verib”.
Bloqçu Mehman Hüseynov 2017-ci ilin martında polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.
2018-ci il dekabrın 26-da ona yeni cinayət işi açılıb. Penitensiar Xidmətin rəsmi məlumatına görə, həmin gün 14 saylı Cəzaçəkmə Müəssisəsində aparılan axtarış-baxış tədbirləri zamanı Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalovun qanuni tələblərinə tabe olmayaraq ona zor tətbiq edib, fiziki müqavimət göstərərək bədən xəsarəti yetirib. Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işinə başlanıb. Bu maddə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Yeni cinayət işinin istintaqı ilə əlaqədar Mehman Hüseynov dekabrın sonlarında 14 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.
Mehman Hüseynov yanvarın 20-də dövlət başçısına müraciətində bildirib ki, 2 ilə yaxındır cəza çəkir, bu müddətdə cəzaçəkmə müəssisəsinin əməkdaşları ilə onun arasında hər hansı xoşagəlməz hadisə olmayıb: “Həmişə çalışmışam rejimə əməl edim. Lakin keçən il dekabrın 26-da cəza çəkdiyim müəssisədə insident baş verdi və bu hadisəyə görə mən günahlandırıldım. Hadisə barədə geniş yazıb vaxtınızı almaq istəməzdim. Sadəcə onu demək istəyirəm ki, hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam.
Martın 2-də mənim cəzamın vaxtı bitir. Mən bu tarixi çox gözləmişəm. Təzədən məhkum olunmaq, yeni cəza almaq istəmirəm. Mən kiminsə hərəkətinə görə məsuliyyət daşımıram, kiminsə mənim vəziyyətimdən özü üçün istifadə etməsini də istəmirəm. Məni yalnız bir şey maraqlandırır: azadlığa çıxmaq. Mənə yeni cəza verilsə, bu, tək qalmış 70 yaşlı atam üçün də böyük zərbə olacaq. Onun üçün məni bu vəziyyətdə görmək, tez-tez gəlib mənə baş çəkmək çox çətindir.
Sizdən xahiş edirəm araşdırmanın düzgün aparılmasına göstəriş verəsiniz. Əminəm ki, Sizin müdaxiləniz olsa, mənim işim üzrə qərar ədalətli olacaq”.
Yanvarın 21-dı prezident İlham Əliyev baş prokuror Zakir Qaralova Mehman Hüseynovla bağlı tövsiyə verib. Dövlət başçısının hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov deyib ki, prezident məhkumun gənc olmasını, artıq 2 ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini istəyib, eyni zamanda hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib.
Fuad Ələsgərovun sözlərinə görə, bir qrup hüquq müdafiəçisinin (Səadət Bənənyarlı, Sahib Məmmədov, Rauf Zeyni, Əliməmməd Nuriyev, Novella Cəfərovoğlu, Çingiz Qənizadə, Səidə Qocamanlı – red.) yanvarın 18-də Mehman Hüseynovun məsələsi ilə əlaqədar prezidentə ünvanladığı müraciətdə baş vermiş insident ətrafında süni şəkildə ajiotaj yaradıldığı, yalan məlumatlar yayıldığı, yanlış ictimai rəy formalaşdırmağa cəhdlər edildiyi qeyd olunub, dövlət başçısından Mehman Hüseynov barəsində mərhəmət göstərilməsi xahiş olunub.
Mehman Hüseynovun qardaşı Emin Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəridir. 2014-cü ildə ona qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi qaldırılıb. Emin Hüseynov İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, 2015-ci ildə həmin ölkəyə aparılıb.
Onların anaları Firəngiz Hüseynova 2018-ci il avqustun 6-da vəfat edib.
Mehman Hüseynovun məhkəməsi: qərar verildi
Nazirlik bloqçudan şikayətçidir
Mehman Hüseynovdan iltizam alındı
Mehman Hüseynov azadlıqdan məhrum edildi
Mehman Hüseynovun şikayətinə Ali Məhkəmədə baxılacaq
Mehman işi aşağı məhkəməyə qaytarıldı
Məhkəmə hökmü yenə qüvvədə saxladı
Məhbus bloqçu “Nərgiz” mükafatına layiq görülüb
Mehman Hüseynovun işindən şikayət hazırlanır
Mehman Hüseynovun işi: naməlum səbəblər
Mehman Hüseynovun şikayəti təmin edilməyib
Mehman Hüseynova yeni cinayət işi qaldırılıb
Məhbus bloqçunun aclıq aksiyasına başladığı bildirilir
“Mehman Hüseynova azadlıq!”: məhkəmədən yeni qərarlar gözlənir
Azadlıq istəyənlərdən dördü həbs olundu
Mehman Hüseynov aclıq aksiyasını davam etdirdiyini söyləyib
Mehman Hüseynovun işi: daha bir aksiya
Müsavat mitinq keçirmək qərarına gəlib
Penitensiar Xidmət aclıq xəbərini təkzib edir
Ombudsman Aparatı Mehman Hüseynovla bağlı məlumat yayıb
Mehmana azadlıq istəyənlərin məhkəməsi: yeni qərarlar var
Avropalı komissar Bakıya Mehman təklifi verdi
YAP-çı deputatların reaksiyası
Mehman hansı sözə görə tutulub?
ATƏT-dən Mehmanı buraxmaq çağırışı gəldi
Həbsdə olan müsavatçı aclığa başladığını elan edib
Siyasi Məhbusları Müdafiə Mərkəzi toplantı keçirib
Mehman Hüseynov: daha bir aksiya təyin olunub
Məhbəsdə aclıq: yeni bəyanatlar var
Müsavat fəalı: istintaq yekunlaşdı, aclıq dayandı
Avropa Parlamenti Mehman Hüseynovla bağlı qətnamə qəbul edə bilər
Milli Şuranın mitinqinə icazə verildi
Ofeliya Hüseynovaya Mehmanla görüşməyə icazə verilməyib
Aclıq edən məhbuslarla görüş olub
Mehman Hüseynovla bağlı qətnamə layihəsində nələr var?
Siyasi Məhbusları Müdafiə Mərkəzi hesabat açıqlayıb
“Mehman Hüseynovun işi”: Avropa Parlamenti qətnamə qəbul etdi
“Bu cəhd heç bir nəticə verməyəcək”
Milli Şuranın 19 yanvar mitinqi
Mehman Hüseynovun prezidentə müraciət etdiyi bildirilir
Prezident İlham Əliyev Mehman Hüseynovla bağlı tövsiyə verib