• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Köçəryanın həbs müddəti uzadılıb

  • 21 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Ermənistan paytaxtı Yerevanın Şenqavit rayonundakı birinci instansiya məhkəməsi sabiq prezident Robert Köçəryanla bağlı iki vəsatətdən birini təmin edib. Novator.az-ın məlumatına görə, Xüsusi İstintaq Xidmətinin vəsatətini nəzərə alan məhkəmə yanvarın 18-də Robert Köçəryanın həbs müddətini iki ay uzadıb. Vəkillərin sabiq prezidenti pul girovu müqabilində azadlığa buraxmaq vəsatəti rədd olunub.

Xüsusi İstintaq Xidməti 1 mart 2008-ci il qırğınının istintaqına cəlb etdiyi Robert Köçəryana ötən il iyulun 26-da cinayət işi qaldırıb. O, bir qrup şəxslə qabaqcadan əlbir olmaqla dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilir.

Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmə iyulun 27-də Robert Köçəryanın 2 ay müddətinə həbsinə qərar vermiş, avqustun 13-də apellyasiya instansiyası toxunulmazlıq hüququnu əsas gətirib sabiq prezidenti azadlığa buraxmışdı. Kassasiya Məhkəməsi Baş Prokurorluğun etirazını nəzərə alaraq noyabrın 15-də işi yenidən baxılmaq üçün apellyasiya instansiyasına göndərib, Ermənistanın Apellyasiya Məhkəməsi dekabrın 7-də Robert Köçəryanın həbsinə qərar verib. Sabiq prezident Yerevandakı “Kentron” cinayət-icra müəssisəsində saxlanır.

Robert Köçəryan 1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulub. 1988-ci ildə başlayan işğalçı Qarabağ müharibəsinin rəhbərlərindən biridir. 1992-1997-ci illərdə Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib. 1997-ci ildə prezident Levon Ter-Petrosyanın sərəncamı ilə Ermənistana baş nazir gətirilib. Levon Ter-Petrosyan 1998-ci ilin fevralında istefaya məcbur edilib. Baş nazir kimi prezident səlahiyyətlərini icra etməyə başlayan Robert Köçəryan 1998 və 2003-cü illərdə dövlət başçısı seçilib.

2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət baş nazir Serj Sərkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.

2018-ci ildə Ermənistanda bu iş üzrə istintaq yenilənib.

2008-ci ildə müdafiə nazirinin müavini vəzifəsini tutmuş general-polkovnik Yuri Xaçaturov məsuliyyətə cəlb olunaraq pul girovu müqabilində azadlığa buraxılıb, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsindən geri çağırılıb.

2007-2008-ci illərdə Ermənistanın müdafiə naziri olmuş general-polkovnik Mikael Arutunyan isə axtarışdadır. O, Rusiyanın paytaxtı Moskvada yaşayır.

1 mart 2018-ci il qırğını zamanı Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olmuş, 2008-2016-cı illərdə müdafiə naziri postunu tutmuş general-polkovnik Seyran Ohanyana da ittiham irəli sürülüb. Seyran Ohanyandan Ermənistanı tərk etməmək iltizamı alınıb.

Ermənistan hökumətində yeni təyinatlar

  • 21 Yanvar 2019
  • comments

21 yanvar məzənnələri

  • 21 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda