• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Aclıq aksiyası davam edir

  • 21 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Bloqçu Mehman Hüseynova və bəzi hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı başqa şəxslərə azadlıq tələbi ilə aclıq aksiyası davam edir.

İlin əvvəllərindən başlanan aksiya Müsavat Partiyasının Bakıdakı mərkəzi qərargahında keçirilir.

İndiyədək aksiyaya müxtəlif siyasətçilər, ictimai fəallar və məhbus ailələrinin üzvləri qoşulublar. Onlar növbəli şəkildə aclıq ediblər.

Hazırda asksiyada üç nəfər iştirak edir: cəbhəçi məhbus Fuad Əhmədlinin atası Zəfər Əhmədov, cəbhəçi məhbus Orxan Baxışlının atası Rafiq Baxışov və Respublikaçı Alternativ Partiyasının üzvü Füzuli Hüseynov.

Zəfər Əhmədov və Rafiq Baxışov yanvarın 15-dən, Füzuli Hüseynov yanvarın 19-dan aclıq edir.

Bastainfo.com-un məlumatına görə, yanvarın 21-də Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər aksiya iştirakçılarını ziyarət edib.

İsa Qəmbər aksiyanın öz məqsədlərinə çatdığını, yerli və beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycandakı siyasi məhbus probleminə yönəltdiyini söyləyib və iştirakçıları aclığı dayandırmağa çağırıb.

Bəzi hüquq müdafiəçiləri Azərbaycanda 150 nəfərdən çox şəxsi siyasi məhbus sayır. Onlardan biri olan Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.

2018-ci il dekabrın 26-da ona hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə ittihamı ilə yeni cinayət işi açılıb. Bu ittiham 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni cinayət işinin istintaqı ilə əlaqədar Mehman Hüseynov dekabrın sonlarında 14 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.

Müdafiəçiləri Mehman Hüseynovun ötən il dekabrın 26-da quru aclığa başladığını, sonradan aksiyanı qismən qida qəbul etməklə davam etdirdiyini söyləyirlər. Penitensiar Xidmət və bəzi hüquq müdafiəçiləri isə Mehman Hüseynovun aclıq aksiyasını tam dayandırdığını vurğulayır.

Son günlər adı bəzi hüquq müdafiəçilərinin siyasi məhbus siyahısında keçən bir sıra məhbusların da aclıq aksiyasına başladığı haqda məlumatlar yayılıb. Penitensiar Xidmət bu məlumatları da təkzib edib.

Mitinq ərəfəsində tutulanlar

  • 21 Yanvar 2019
  • comments

Arif Hacılı Bakıya qayıdıb

  • 21 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda