Energetika Nazirliyinin hesabatına görə, 2018-ci ildə Azərbaycanda 38,8 milyon ton neft hasil edilib. Orta gündəlik hasilatın təxminən 792,5 min barrel olduğu vurğulanır.
Novator.az bildirir ki, yanvar üzrə gündəlik neft hasilatı 814,6 min barrel, fevral üzrə 806 min barrel, mart üzrə 794 min barrel, aprel üzrə 785,7 min barrel, may üzrə 801 min barrel, iyun üzrə 792 min barrel, iyul üzrə 773 min barrel, avqust üzrə 774 min barrel, sentyabr üzrə 796 min barrel, oktyabr üzrə 783 min barrel, noyabr üzrə 801 min barrel, dekabr üzrə 790 min barrel göstərilib.
2018-ci ildə Azərbaycanın ixracının 83,5 faizi xam neft və neft məhsulları olub.
Beynəlxalq öhdəliyə görə, 2019-cu ildə Azərbaycanın gündəlik hasilatı 763 min barreli ötə bilməz.
2007-ci ildə Azərbaycan 42,6 milyon ton, 2008-ci ildə 44,5 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2010-cu ildə 50,8 milyon ton neft hasil edib.
2011-ci ildə hasilat 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton olub.
Yanvarın 18-də Azərbaycan nefti “AzəriLayt”ın bir barreli 62,61 dollara satılır.
Azərbaycanın 2019-cu il büdcəsində neftin qiyməti 60 dollardan götürülüb. “AzəriLayt” 2019-cu ilə 57,19 dollarla start verib.