• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Siyasi Məhbusları Müdafiə Mərkəzi hesabat açıqlayıb

  • 17 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Siyasi Məhbusları Müdafiə Mərkəzi “Həbs yerlərində saxlanma şəraiti: mövcud vəziyyət, Azərbaycanda siyasi məhbus problemi və qarşıda duran vəzifələr” adlı illik hesabat açıqlayıb.

Novator.az-ın məlumatına görə, hesabat iki istiqamətdə aparılan araşdırmaları ehtiva edir: həbs yerlərində saxlanma şəraiti və siyasi məhbus problemi.

Bildirilir ki, hesabatın hazırlanmasında məqsəd Azərbaycanda siyasi məhbus problemini gündəmə gətirmək, problemi doğuran səbəbləri və çıxış yollarını araşdırmaq, problemin həllinə nail olmaq, həbs yerlərində saxlanma şəraiti ilə bağlı vəziyyətin yaxşılaşdırılmasına, məhbus hüquqlarının təmin olunmasına yardım göstərməkdir.

Hesabatda həbs yerlərindəki – həbsxana, cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarındakı vəziyyətdən, həmçinin Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsindən danışılır, həbs yerlərindəki korrupsiya və işgəncə hallarından, həmin işgəncələr haqda beynəlxalq hesabatlarda yazılanlardan bəhs edilir, “Məhbuslara işgəncə verən vəzifəli şəxslərin siyahısı (“qara siyahı”) təqdim olunur.

Hesabatda “Siyasi məhbuslar haqqında sifarişli hökm çıxaran hakimlərin qara siyahısı”, “Siyasi sifarişləri icra edən prokurorluq əməkdaşlarının qara siyahsı”, “Siyasi işlərlə bağlı saxta rəy verən ekspert” kimi bölmələr də var.

Sənəd müəllifləri hazırda ən ciddi problemlərdən birinin siyasi məhbus poblemi olduğunu vurğulayır və iddia edirlər ki, ölkədə ictimai-siyasi fəallığına, hüquq müdafiəsi, jurnalistika sahəsindəki fəaliyyətinə, dini baxşılarına görə həbs edilmiş 150-dən çox məhbus var.

Hesabatın sonunda həbs yerlərində vəziyyətin, infrastrukturun yaxşılaşdırılması, məhbusların hüquq və vəzifələrinin təmin edilməsi, qorunması, eləcə də siyasi məhbus probleminin həlli üçün bir sıra tövsiyələr irəli sürülür.

Hesabat 2018-ci ilin sonuna olan vəziyyəti əks etdirir.

Siyasi Məhbusları Müdafiə Mərkəzində hüquq müdafiəçisi Oqtay Gülalıyev, jurnalistlər Mehman Əliyev, Əvəz Zeynallı, yazıçı-publisist Zümrüd Yağmur və başqaları təmsil olunurlar.

Həmsədrlər Paris görüşü barədə bəyanat yayıb

  • 17 Yanvar 2019
  • comments

Aylar üzə idxal-ixrac

  • 17 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda