• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mey qalib gəlir və birliyə çağırır

  • 17 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Müxalif Leyboristlər Partiyası Böyük Britaniyanın baş naziri, Mühafizəkarlar Partiyasının lideri Tereza Meyi postundan kənarlaşdıra bilməyib. Novator.az-ın məlumatına görə, yanvarın 12-sı axşam parlamentin İcmalar Palatasında keçirilən etimad səsverməsində 325 deputat Tereza Meyin hökumətini dəstəkləyib, 306 deputat istefaya tərəfdar olub.

Etimad səsverməsi Böyük Britaniyanın Avropa İttifaqından ayrılması şərtləri ilə bağlı fikir ayrılıqlarından doğub. Böyük Britaniya Avropa İttifaqından 2019-cu il martın 29-da ayrılmalıdır.

2016-cı il iyunun 23-də Böyük Britaniyada ölkənin Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendum keçirilib. Referenduma qatılanların çoxu Britaniyanın Avropa İttifaqından çıxmasına səs verib. Avropa İttifaqında qalmaq tərəfdarı olan baş nazir Devid Kemeron istefaya gedib. İyulun 13-də Tereza Mey baş nazir postuna təyin edilib. 2017-ci il iyunun 8-də keçirilmiş növbədənkənar parlament seçkisindən sonra Tereza Meyin Mühafizəkarlar Partiyası yenidən hökumət qurub.

Bu həftə parlamentin Lordlar və İcmalar palataları Böyük Britaniyanın Avropa İttifaqından ayrılması şərtlərini qəbul etməyib. Bundan sonra Leyboristlər Partiyası Tereza Mey hökumətinə etimadsızlıq məsələsini qaldırıb.

Parlamentdəki səsverməni udandan sonra Tereza Mey bütün partiyaları Böyük Britaniyanın Avropa İttifaqından ayrılmasını təmin etmək üçün birliyə çağırıb.

Baş nazir ötən il dekabrın 12-də öz partiyasının parlament fraksiyasındakı etimad səsverməsindən də qalib ayrılmışdı. İcmalar Palatasındakı 200 mühafizəkar Tereza Meyi dəstəkləmiş, 117 deputat onun partiya lideri və baş nazir postlarından getməsinə tərəfdar olmuşdu.

Tereza Mey 1956-cı il oktyabrın 1-də İstborn şəhərində doğulub. Oksford Universitetini bitirib. Gənc yaşlarında İngiltərə Bankında və Londonun özünüidarə orqanlarında işləyib.

2010-cu ildən Devid Kemeron hökumətində qadın və bərabərlik məsələləri naziri postunu tutub, sonradan daxili işlər naziri olub. 1997-ci ildən İcmalar Palatasının deputatıdır.

Mühafizəkarlar Partiyasına 1997-ci ildə qoşulub, 2016-cı il iyulun 11-dən qurumun lideridir.

1957-ci ildə yaradılmış Avropa İttifaqının Böyük Britaniyadan başqa 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.

Dollarsız dəyişmələr

  • 17 Yanvar 2019
  • comments

Xarici ticarətin illik hesabatı

  • 17 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

Son materiallar

comments
Xəbər

2024-2025 mövsümünün qalibi

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda