• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mehman Hüseynovla bağlı qətnamə layihəsində nələr var?

  • 17 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Avropa Parlamentində bloqçu Mehman Hüseynovla bağlı müzakirəyə çıxarılacaq qətnamə layihəsi barədə təklifin bəzi detalları bəlli olub.

“Amerikanın səsi” xəbər verir ki, “Azərbaycanda insan haqları, demokratiya və qanunun aliliyinin pozulması ilə bağlı qətnamə” təklifinin müzakirəsi yanvarın 17-si başlanmalıdır.

Qətnamə layihəsində Azərbaycan hökumətinə Mehman Hüseynovun dərhal və qeyd-şərtsiz azad olunmasına, ona qarşı bütün yeni ittihamlara xitam verilməsinə, eyni zamanda bloqçuya lazımi peşəkar tibbi yardım göstərilməsinə çağırış edilir.

Layihədə həmçinin “Azərbaycanda fərqli düşüncə üzərinə hücumların dayandırılması və bütün siyasi məhbusların dərhal və qeyd-şərtsiz azad olunması istənilir”.

Sənəddə Mehman Hüseynovla bərabər siyasi məhbus adlandırılan jurnalistlər Əfqan Muxtarlının, Seymur Həzinin, Araz Quliyevin, Əfqan Sadıqovun, bloqçu Rəşad Ramazanovun, fəallar İlkin Rüstəmzadənin, Qiyas İbrahimovun, Bayram Məmmədovun, Tofiq Həsənlinin, Elgiz Qəhrəmanın adları xüsusi vurğulanır, onlara qarşı da bütün ittihamların ləğvinə çağırış edilir.

Qətnamə layihəsində son illərdə Azərbaycanda bir sıra tanınmış insan haqları müdafiəçilərinin, jurnalistlərin, müxalifətçilərin, fəalların həbsdən azad edilməsi təqdir olunur, lakin bildirilir ki, siyasətçi İlqar Məmmədov, hüquq müdafiəçisi İntiqam Əliyev, jurnalist Xədicə İsmayıl və başqalarının hərəkət azadlığının məhdudlaşdırılmasına son qoyulmalıdır.

Qətnamə layihəsində Azərbaycan Avropa Konvensiyası üzrə öhdəliklərinə əməl etməyə çağırılır.

Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.

2018-ci il dekabrın 26-da ona hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə ittihamı ilə yeni cinayət işi açılıb. Bu ittiham 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni cinayət işinin istintaqı ilə əlaqədar Mehman Hüseynov dekabrın sonlarında 14 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.

Müdafiəçiləri Mehman Hüseynovun ötən il dekabrın 26-da quru aclığa başladığını, sonradan aksiyanı qismən qida qəbul etməklə davam etdirdiyini söyləyirlər. Penitensiar Xidmət və bəzi hüquq müdafiəçiləri isə Mehman Hüseynovun aclıq aksiyasını tam dayandırdığını vurğulayır.

Mehman Hüseynova yeni cinayət işinin açılması və onun aclıq aksiyasına başlaması haqda xəbər beynəlxalq reaksiyalara səbəb olub. ABŞ-dan, Fransadan, Böyük Britaniyadan, Avropa Parlamentindən, ATƏT və Avropa Şurasından Mehman Hüseynovu həbsdən azad etməyə çağırışlar gəlib.

Arif Hacılı Türkiyədə müalicə olunur

  • 17 Yanvar 2019
  • comments

Həmsədrlər Paris görüşü barədə bəyanat yayıb

  • 17 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda