Mərkəzi Bank yanvarın 17-də ABŞ dollarının kursunu 1,7 manat həddində saxlayıb. Bu rəsmi qiymət 2018-ci il martın 7-dən qüvvədədir.
Digər valyutaların məzənnələri isə yenilənib. Novator.az-ın məlumatına görə, ucuzlaşan avro banklara 1,9350, Gürcüstan larisi 0,6371, dəyər artıran Rusiya rublu 0,0256, Türkiyə lirəsi 0,3174 manata təklif olunur (Tam siyahı).
Avro 2019-cu ilə 1,9323, lari 0,6346, rubl 0,0245, lirə 0,3141 manatla start verib.