• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cəbhəçilər özlərini təqsirli bilmədiklərini deyiblər

  • 16 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Yanvarın 15-i Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP üzvlərinin işi üzrə proses keçirilib.

İşə hakim Eldar İsmayılovun sədrliyi ilə baxılır. Digər hakimlər Cavid Hüseynov və Samir Əliyevdir.

Məhkəmə qarşısına AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli, Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli çıxarılıb.

1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış, 1997-ci ildən Rusiyada yaşayan və orada bizneslə məşğul olan Saleh Rüstəmov 2018-ci ilin mayında qohumunun yas mərasimində iştirak etmək üçün Gədəbəyə gəlib. Mayın 8-də o, Rusiyaya qayıtmaq üçün Gədəbəydən Bakıya yola düşərkən Şəmkir yaxınlığında, qardaşı oğlu Vidadi Rüstəmli ilə birgə tutulub.

Mayın 25-də isə bu iş üzrə Aqil Məhərrəmli, Babək Həsənov və Ruslan Nəsirli də tutulublar.

Həbs edilənlər qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda və Cinayət Məcəlləsinin digər maddələri ilə təqsirləndirilirlər.

İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib, tutulan digər şəxslər bu işdə ona yardımçı olublar. AXCP sədri Əli Kərimli bu işi partiyaya qarşı illərdir davam edən repressiyaların tərkib hissəsi kimi qiymətləndirir.

“Turan”ın məlumatına görə, yanvarın 15-də keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlər qaldırıblar. Vəsatətlərdən bir qismi qəbul, bir qismi rədd edilib, bəzi vəsatətlərin baxılması isə növbəti prosesə saxlanıb.

Sonra dövlət ittihamçısı ittiham aktını oxuyub. Hakim təqsirləndirilən şəxslərdən özlərini təqsirkar hesab edib-etmədiklərini soruşub. Təqsirləndirilən şəxslərin hamısı bu suala mənfi cavab verib. Beləliklə, Saleh Rüstəmov, Aqil Məhərrəmli, Babək Həsənov, Ruslan Nəsirli və Vidadi Rüstəmli özlərini təqsirli bilmədiklərini deyiblər.

Məhkəmə prosesində təqsirləndirilənlərin dindirilməsinə başlanıb.

Növbəti proses yanvarın 22-nə təyin olunub.

“Amerikanın səsi” xəbər verir ki, 15 yanvar prosesini izləməyə gələn cəbhəçilərlərin bəzisi ilə polislər arasında məhkəmə binasının qarşısında insident baş verib. Polis bir neçə nəfəri tutaraq aparıb. Polisin tutduğu şəxslərdən 7 nəfəri sərbəst buraxılıb, 5 nəfərin isə hələ də polis bölməsində saxlandığı bildirilir.

Ukraynada orta pensiya məbləği

  • 16 Yanvar 2019
  • comments

Sumqayıtda yeni zavod

  • 16 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
comments
Xəbər

Nikah artıb, boşanma azalıb

GLOBALS:0

Tags

  • Gənclər
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

Son materiallar

comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0
comments
Xəbər

Beşlikdə bir sual

GLOBALS:0
comments
Xəbər

Bazel finalçıları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda