• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

AXCP-nin iki üzvünə inzibati həbs cəzası verildi

  • 16 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Yanvarın 16-sı Nəsimi Rayon Məhkəməsinin qərarı ilə AXCP-nin iki üzvü inzibati qaydada həbs olunub, üç üzvü cərimələnib.

Emil Səlimovla Nicat Abdullazadənin hər birinə 20 sutka inzibati həbs verilib. Nicat Nizamov, Şəmistan Həziyev və Emin Maniyevin hər biri 200 manat cərimə olunub.

“Amerikanın səsi” xəbər verir ki, cəbhəçilər İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli biliniblər.

Adıçəkilən şəxslər yanvarın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında tutulublar. Həmin gün Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli, Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmlinin məhkəmə prosesi keçirilib.

Məhkəmə zalında yer olmadığına görə prosesi izləməyə gələnlərin bəzisi məhkəmə binasının qarşısında gözləməli olub. Bu zaman polislərlə cəbhəçilər arasında insident yaranıb, polis 12 nəfəri tutaraq aparıb. Yanvarın 16-da inzibati qaydada cəzalandırılan şəxslər istisna olmaqla digərləri yanvarın 15-i sərbəst buraxılıb.

Cərimələnəndən sonra Nicat Nizamov, Şəmistan Həziyev və Emin Maniyev də sərbəst buraxılıblar.

AXCP sədri Əli Kərimli sosial şəbəkədə yazıb ki, hakimiyyət artıq məhkəmə binalarının qarşısını da qadağan zonasına çevirib. O xatırladıb ki, cinayət məsuliyyətinə cəlb edilən cəbhəçilərin işi üzrə yanvarın 7-si Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirlən zaman da polis məhkəmə binasının önündə AXCP-nin bir neçə fəalını saxlamışdı.

Həmin vaxt saxlanan cəbhəçilər bir neçə saat sonra sərbəst buraxılmışdılar.

Köçəryanla bağlı qərar yanvarın 18-də veriləcək

  • 16 Yanvar 2019
  • comments

Parisi görüşü 4 saatdan çox çəkib

  • 17 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda