• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

AzTV-nin sədri işdən çıxarıldı

  • 15 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Yanvarın 15-də prezident İlham Əliyev Arif Alışanovun “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri vəzifəsindən azad edilməsi haqda sərəncam imzalayıb.

Novator.az bildirir ki, Arif Nizam oğlu Alışanov 1960-cı ildə Bakıda anadan olub. Xalq Təsərrüfatı İnstitutunu, Azərbaycan Jurnalistlər İttifaqının Jurnalist Sənətkarlığı İnstitutunu, Bakı Ali Partiya Məktəbini bitirib.

1977-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Şöbə müdiri, idarə rəisi, baş idarə rəisi, Texniki-İstehsalat Birliyinin direktoru, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti sədrinin texnika üzrə müavini olub.

28 mart 2005-ci ildə “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, 16 avqust 2006-cı ildə sədr vəzifələrinə təyin edilib.

İqtisad elmləri namizədidir.

Azərbaycan Televiziyası 1956-cı ildə Mədəniyyət Nazirliyinin tabeliyində Bakı Televiziya Studiyası adı ilə fəaliyyətə başlayıb. 1957-ci ildə televiziya Radioinformasiya İdarəsi ilə birləşdirilərək Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlandırılıb. 1970-ci ildə qurum Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb, 1991-ci ildə eyni adda şirkətə çevrilib.

2005-ci ildən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti kimi fəaliyyət göstərir.

62 il ərzində Azteleradionun 11 rəhbəri olub.

1956-cı ildə Bakı Televiziya Studiyasına Ənvər Əlibəyli rəhbərlik edib. 1957-ci ildə Teymur Əliyev yeni yaradılan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinə sədr təyin olunub. 1965-ci ildə komitənin sədri postunu Ənvər Əlibəyli tutub.

1969-cu ildən sədr İmran Mirzəyev olub. 1970-ci ildə Dövlət Televiziya və Radio Verilişləri Komitəsi adlandırılan qurumun sədri vəzifəsinə Qurban Yusifzadə təyin edilib.

1983-1990-cı illərdə komitəyə Elşad Quliyev sədrlik edib. 1992-ci ilin martında Elşad Quliyev yenidən sədr təyin olunub, iki ay sonra postunu itirib.

1990-cı ildən sədr postunu Qeysər Xəlilov tutub. 1991-ci ildən 1992-ci ilin mart ayınadək Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə Məmməd Murad rəhbərlik edib. O, 1992-ci il mayın 14-də şirkət rəhbərliyinə qaytarılıb, amma bir neçə gün sonra Məmməd İsmayılla əvəzlənib.

Məmməd İsmayıl bir ildən artıq müddətdə Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə rəhbərlik edib. 1993-cü ildən şirkətin sədri postunu Babək Hüseynoğlu tutub. 1996-cı ildən Nizami Xudiyev sədr olub.

Təhsil Nazirliyində gözlənən struktur dəyişikliyi

  • 15 Yanvar 2019
  • comments

Özəlləşdirmə məlumatı

  • 16 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda