• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Paşinyan baş nazir təyin edildi

  • 14 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Yanvarın 14-də Ermənistan prezidenti Armen Sərkisyan parlamentdəki “Mənim addımım” blokunun təqdimatını əsas götürərək Nikol Paşinyanı baş nazir təyin edib.

Novator.az bildirir ki, 1975-ci il iyunun 1-də İcevan şəhərində doğulan Nikol Paşinyan əsası 2013-cü ildə qoyulmuş Vətəndaş Sazişi Partiyasının lideridir. O, 2018-ci il mayın 8-dən baş nazir postuna keçib, oktyabrın 16-da növbədənkənar parlament seçkisinə yol açmaq üçün istefa verib, ancaq hökumət başçısı səlahiyyətlərinin icraçısı olaraq qalıb.

Ötən il dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində Nikol Paşinyanın “Mənim addımım” bloku 88 mandat qazanıb. Çiçəklənən Ermənistan Partiyası 132 deputatdan parlamentdə 26 mandatla, İşıqlı Ermənistan Partiyası 18 mandatla təmsil olunur.

Yanvarın 14-ü Ermənistanda yeni parlamentin ilk iclası keçirilir.

Nikol Paşinyan 1991-ci ildə Yerevan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. Təhsil aldığı illərdə “Dprutyun” və “Lraqir” qəzetlərində müxbir, “Molorak” nəşrində redaktor vəzifələrində çalışıb. 1995-ci ildə siyasi mülahizələrlə universitetdən qovulduğu üçün ali təhsil diplomu ala bilməyib.

1998-ci ildə Nikol Paşinyan “Oraqir” qəzetini təsis edərək bu nəşrin baş redaktoru postunu tutub. 1999-cu ildə qəzet qapadılıb.

2000-ci ildən Nikol Paşinyan “Aykakan jamanak” qəzetinin baş redaktoru olub.

Nikol Paşinyan 2008-ci ildə aksiyalarda iştirakına görə cinayət məsuliyyətinə alınıb, amma gizləndiyi üçün onu tutmaq mümkün olmayıb. 2009-cu ildə Nikol Paşinyan polisə təslim olaraq həbsə göndərilib, 2011-ci ildə amnistiyaya düşərək azadlığa çıxıb.

2012-ci ilin parlament seçkisinə Erməni Milli Konqresindən qatılan Nikol Paşinyan deputat mandatı alıb.

2017-ci ilin parlament seçkisində onun liderlik etdiyi Vətəndaş Sazişi Partiyası daha iki partiya ilə birgə “Çıxış” bloku yaradıb. Blok 105 nəfərlik parlamentə 9 mandat qazanıb.

2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanın bir çox şəhəri boyunca prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı yürüş keçirib. Aprelin 13-dən Yerevanda onun başçılığı ilə keçirilən davamlı aksiyalarda Serj Sərkisyanın hakimiyyətdən getməsi tələb edilib.

Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də istefa verib.

Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib.

Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan “Aykakan jamanak” qəzetinin baş redaktorudur. Onların dörd övladı var.

Milli çempionatlardan yeni məlumatlar

  • 14 Yanvar 2019
  • comments

Şahbaz Xuduoğluna din və dindarlıq haqqında məktub

  • 14 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda