• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avro niyə bahalaşır?

  • 11 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in AktualŞərh

2019-cu il girəndən Azərbaycanda avronun rəsmi məzənnəsi yüksələn xətlə gedir. Mərkəzi Bank yanvarın 3-də avronu 1,9323 manata təklif edib, yanvarın 11-də isə rəsmi kurs 1,96 manatdır. Bir həftə ərzində avro 2,77 qəpik bahalaşıb. Bu nəyin əlamətidir?

Novator.az-ın sualını cavablandıran iqtisadçı Samir Əliyev deyib ki, yüksəliş Avropa valyutasının dünya bazarlarında ABŞ dollarına münasibətdə bahalaşması ilə əlaqədardır: “Avronun manata nəzərən məzənnəsi çarpaz şəkildə müəyyənləşdirilir. Əvvəlcə avronun dollara olan məzənnəsi, sonra manatın dollara olan məzənnəsi götürülür, ardınca iki məzənnə cütlüyü əsasında avronun manata olan məzənnəsi təyin edilir.

2018-ci il martın 7-dən dolların manata olan rəsmi məzənnəsi tərpənməz qalır: 1 dollar 1 manat 70 qəpiyədir. Ona görə dünya bazarlarında avro dollara nəzərən ucuzlaşdıqda avtomatik olaraq manata münasibətdə ucuzlaşır və ya əksinə. 3-11-yanvar arası dünya valyuta bazarlarında avronun məzənnəsi 1,1394 dollardan 1,1525 dollara yüksəldiyi üçün Azərbaycanda da uyğun olaraq 1,9323 manatdan 1,96 manata qalxıb.

2019-cu il başlayandan dünya bazarlarında dolların ucuzlaşması tendensiyası müşahidə edilir. Buna səbəb ABŞ-da mərkəzi bank funksiyasını daşıyan Federal Ehtiyat Sisteminin pul-kredit siyasətini sərtləşdirməkdən əl çəkməsi və bu il uçot dərəcələrini artırmaq niyyətinin sual altında qalması ilə bağlıdır”.

Avro nağdsız dövriyyəyə 1999-cu ildə buraxılıb, 2002-ci ildən isə real pul vahidi kimi işlədilir. Zonaya Almaniya, Andorra, Avstriya, Belçika, Estoniya, Finlandiya, Fransa, İrlandiya, İspaniya, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Malta, Monako, Niderland, Portuqaliya, San Marino, Slovakiya, Sloveniya, Vatikan və Yunanıstan daxildir.

İl Nəsimi ili elan olundu

  • 11 Yanvar 2019
  • comments
Emin Huseynzade

Jurnalistlərdə özünüsenzuranın Azərbaycansayağı sə...

  • 11 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribunaYazarlar

Baydenin yalan dolu mirası – “Wall Street Journal”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetYazarlar

Tramp hansı sabiqləri mühafizəsiz qoyub?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribunaYazarlar

Baydenin yalan dolu mirası – “Wall Street Journal”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetYazarlar

Tramp hansı sabiqləri mühafizəsiz qoyub?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda