• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Həbsdə olan müsavatçı aclığa başladığını elan edib

  • 10 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Həbsdə olan müsavatçı Azad Həsənov aclıq aksiyasına başladığını elan edib.

Yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsində Azad Həsənovun şikayətinə baxılıb. Şikayət Xətai Rayon Məhkəməsinin Azad Həsənov barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda qərarından verilib.

Şikayətdə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması xahiş edilib. Şikayət təmin olunmayıb.

Vəkil Osman Kazımovun yaydığı məlumata görə, apellyasiya məhkəməsində şikayətə baxılarkən Azad Həsənov aclıq aksiyasına başladığını elan edib.

Vəkilin dediyinə görə, Azad Həsənov məhkəmədə bəyan edib ki, o, bloqçu Mehman Hüseynova dəstək vermək, həmçinin özünün yaxın qohumları ilə görüşməsinə, telefon əlaqəsi yaratmasına imkan yaradılmamasına etiraz etmək məqsədilə aclıq aksiyasına başlayır.

Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. 2014-cü ilin fevralında o, Azərbaycandan mühacirət edib və ailəsi ilə birgə Litvadan siyasi sığınacaq alıb. O vaxtdan Litvada yaşayan Azad Həsənov 2018-ci il oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Azərbaycana gəlib. Həmin gün Bakıda tutulub, oktyabrın 12-də Xətai Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur. İttiham məhkəmədə sübuta yetirilərsə, onu əmlakı müsadirə edilməklə 5 ildən 12 ilədək həbs gözləyir.

Mehman Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunub.

2018-ci il dekabrın 26-da ona hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə ittihamı ilə yeni cinayət işi açılıb. Bu ittiham 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni cinayət işinin istintaqı ilə əlaqədar Mehman Hüseynov 14 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb.

Azad Həsənov da Bakı İstintaq Təcridxanasında saxlanır.

Müdafiəçiləri Mehman Hüseynovun ötən il dekabrın 26-da quru aclığa başladığını, sonradan aksiyanı qismən qida qəbul etməklə davam etdirdiyini söyləyirlər. Penitensiar Xidmət və bəzi hüquq müdafiəçiləri isə Mehman Hüseynovun aclıq aksiyasını tam dayandırdığını vurğulayır.

Şimal bölgəsinin qarı

  • 10 Yanvar 2019
  • comments

Azərbaycan Rusiya, İran və Suriya ilə bir sırada

  • 10 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda