• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mehman hansı sözə görə tutulub?

  • 09 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in AktualManşetŞərh

2017-ci ildə bloqçu Mehman Hüseynov haqda cinayət işinin açılmasına onun AŞPA məruzəçilərinin mühafizəsi altında olması barədə bəyanat səbəb olub? Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin məruzəçisi Stefan Şennaka inansaq, bəli.

Bir günün üç görüşü

Novator.az bildirir ki, 2017-ci ildə Mehman Hüseynov barəsində cinayət işi Daxili İşlər Nazirliyinin Baş Prokurorluq qarşısında qaldırdığı vəsatət nəticəsində açılıb. Belə bir vəsatətin qaldırıldığı barədə məlumatı Daxili İşlər Nazirliyi 2017-ci il yanvarın 12-də yayıb.

AŞPA-nın Monitorinq Komitəsinin məruzəçiləri Stefan Şennak və Sezar Florin Preda həmin gün Bakıda olublar və Azərbaycan prezidenti İlham Əliyevlə, daxili işlər naziri Ramil Usubovla, ədliyyə nazirinin müavini Azər Cəfərovla görüşüblər.

Təkrar edirik: hər üç görüş 2017-ci il yanvarın 12-də keçirilib.

Üstündən iki ilə yaxın vaxt ötəndən sonra – 2019-cu il yanvarın 8-də Stefan Şennak “Azadlıq” radiosuna açıqlayıb ki, o, Bakıda keçirdikləri görüşlərdə (2017-ci il yanvarın 12-də prezident, daxili işlər naziri və ədliyyə nazirinin müavini ilə keçirilmiş görüşlərdə) Mehman Hüseynovun Avropa Şurasının məruzəçilərinin mühafizəsi altında olduğunu deyibmiş.

Şennak bu sözü deyəndə hələ Mehman Hüseynov barəsində cinayət işi açılmamışdı.

Şennak bu sözü deyəndə hələ Daxili İşlər Nazirliyinin Mehman Hüseynov barəsində cinayət işinin açılması üçün Baş Prokurorluq qarşısında vəsatət qaldırdığı barədə məlumat da yayılmamışdı.

Bəs Şennak o sözü niyə deyib? Çünki…

Nə baş vermişdi?

2017-ci il yanvarın 9-da polis Mehmanı saxlamışdı. Mehman mediaya bəyan eləmişdi ki, saxlanmasına onun bloqçu fəaliyyəti səbəb olub və polis ona mənəvi-psixoloji, fiziki təzyiq göstərib.

Daxili İşlər Nazirliyi isə bəyan eləmişdi ki, Mehman Hüseynov Əkrəm Təhməzov adlı digər Bakı sakini ilə birgə saxlanıb və buna Mehmanın bloqçuluğu yox, onun Əkrəm Təhməzovla birgə paytaxtın Nəsimi rayonunda ictimai qaydanı pozaraq ətrafdakı şəxslərə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməsi səbəb olub.

Bu hadisə Mehmana cinayət işinin açılması ilə nəticələnməmişdi. Yanvarın 10-da Nəsimi Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsi ilə Mehman Hüseynovu 200 manat cərimələmiş, Əkrəm Təhməzovu isə 10 günlüyə həbs etmişdi.

Məhkəmə qərarı elan olunan kimi Mehman sərbəst buraxılmışdı və o, məhkəmə binasının önündəcə mediaya geniş açıqlama vermiş, polisdə mənəvi-psixoloji, fiziki təzyiqlərlə üzləşdiyini söyləmişdi.

Stefan Şennak 2017-ci il yanvarın 12-si Bakıda keçirdiyi görüşlərdə Mehman Hüseynovun AŞPA məruzəçilərinin mühafizəsi altında olduğunu buna görə deyibmiş.

Ancaq Şennakın “Azadlıq” radiosuna 2019-cu il yanvarın 8-də verdiyi açıqlamasından belə çıxır ki, onun dedikləri əks nəticə verib: Mehmana cinayət işi qaldırılıb.

Şennak bunu üstündən 2 ilə yaxın vaxt ötəndən sonra açır. O vaxt ki, artıq Mehman həmin cinayət işi ilə əlaqədar həbs edilib, aldığı 2 illik həbs cəzasının başa çatmasına az qalıb… Amma Mehmanın bu cəzanı çəkib qurtarandan sonra da azadlığa çıxması şübhə altına düşüb. Çünki 2018-ci ilin sonlarında Mehmana yeni cinayət işi qaldırılıb. Bu dəfə Mehman Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə – saxlandığı cəzaçəkmə müəssisəsində ədliyyə zabitinin qanuni tələbinə tabe olmamaqda, ona zor tətbiq edib bədən xəsarəti yetirməkdə ittiham olunur. Bu maddə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

İlk cəzanın özəlliyi

Yeri gəlmişkən, Mehmanın 2 il həbs cəzası almasına gətirib çıxaran cinayət işi Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə qaldırılmışdı. Bu maddə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsi Mehmanı bu maddə ilə təqsirli bildi, onun polisə ağır cinayət ittihamı ilə böhtan atdığı qənaətinə gəldi və 2 il həbs cəzası kəsdi.

Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi o maddələrdəndir ki, uzun müddətdir Azərbaycanın bəzi hüquq müdafiəçiləri, jurnalistləri və bəzi beynəlxalq qurumlar bu maddənin cinayət qanunvericiliyindən çıxarılmasını tələb edirlər. Digər belə maddə 148-ci (təhqir) maddədir.

147 və 148-ci maddələrin Cinayət Məcəlləsindən çıxarılması, yəni böhtan və təhqirə görə cəzaların cinayət qanunvericiliyi ilə deyil, mülki qanunvericiliklə verilməsi tələbini səsləndirən beynəlxalq qurumlar arasında Avropa Şurası birinci yerdə durur.

Azərbaycanda böhtan və təhqirə görə cinayət məsuliyyəti ləğv olunmasa da, jurnalistlərin həmin məsuliyyəti nəzərdə tutan 147 və 148-ci maddələrlə həbs edilməsinə faktiki moratorium qoyulmuşdu. 2009-cu ildə prezident İlham Əliyev jurnalist fəaliyyətinə və diffamasiya hallarına görə medianın cinayət məsuliyyətinə cəlb olunmasının məqsədəuyğun hesab edilmədiyini açıqlamışdı. Həmin dövrdən faktiki olaraq Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinin tətbiqinə moratorium vardı. Jurnalistlərə qarşı qaldırılan cinayət işləri ya icraata götürülmür, ya da onlara mülki qanunvericilik əsasında baxılırdı.

Bu tendensiya 2016-cı ilin sonlarından dəyişməyə başladı. Həmin ilin noyabrında Sumqayıt Şəhər Məhkəməsi jurnalistlər İkram Rafiqoğlu və Rahim Novruzovu böhtan və təhqirdə təqsirli bilərək 1 il müddətinə həbs etdi. 2017-ci il martın 1-də Sumqayıt Apellyasiya Məhkəməsi onların cəzasını islah işləri ilə əvəzlədi və jurnalistlər azadlığa çıxdılar. Ancaq iki gün sonra – martın 3-də Mehman Hüseynov həbs olundu.

Beləliklə, dörd ayda böhtan və təhqirə görə cinayət məsuliyyətini nəzərdə tutan maddələrlə həyata keçirilən həbslər jurnalistlərin həmin maddələrlə həbs edilməsinə qoyulmuş moratoriumun götürüldüyünü göstərdi.

Halbuki 10 ilə yaxın idi belə həbslər olmurdu. “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə həbs ediləndən sonra jurnalistlər 147-ci və 148-ci maddələrlə məsuliyyətə cəlb edilmirdilər. Rövşən Kəbirli və Yaşar Ağazadə 2007-ci ilin mayında böhtan və təhqirdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdilər (onlar həmin ilin dekabrında prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə azadlığa çıxıblar).

Yalnız söz oyunu?

Mehman Hüseynovun həbsi böhtan və təhqirə görə cinayət məsuliyyətinin tətbiqinə qoyulmuş moratoriumun ləğvini aydın şəkildə üzə çıxarmışdı.

İndi Şennakın 8 yanvar 2019-cu il açıqlaması doğrudursa, onda belə çıxır Mehmanı həbsə aparan cinayət işi onun AŞPA məruzəçilərinin mühafizəsi altında olduğu barədə bəyanatdan dərhal sonra qaldırılıb, yəni elə həmin bəyanatın acığına qaldırılıb.

Belədirsə, onda bu, Azərbaycan hakimiyyətinin Avropa Şurası kimi qurumlarla necə davrandığını da üzə çıxarır.

Eyni zamanda Avropa Şurasının Azərbaycan ərazisində əslində heç kimi mühafizə etmədiyi, ya buna ciddi cəhd göstərmədiyi, ya da buna qadir olmadığı bilinir, “filankəs Avropa Şurasının mühafizəsi altındadır” tipli bəyanatların eləcə söz oyunu olduğu üzə çıxır.

Şennakın 2017-ci il yanvarın 12-də Bakıda keçirdiyi görüşlərdə Mehman haqda dediklərini üstündən 2 ilə yaxın vaxt ötəndən, həm də Mehmana yeni cinayət işi qaldırılandan sonra açmasının kökündə nə dayanır, bundan hələ xəbərsizik…

Mehman Hüseynov yoxa çıxıb

Mehman Hüseynovun məhkəməsi: qərar verildi

Nazirlik bloqçudan şikayətçidir

Mehman Hüseynovdan iltizam alındı

Mehman Hüseynov azadlıqdan məhrum edildi

Mehman Hüseynov həbsdə qaldı

Mehman Hüseynovun şikayətinə Ali Məhkəmədə baxılacaq

Mehman işi aşağı məhkəməyə qaytarıldı

Məhkəmə hökmü yenə qüvvədə saxladı

Məhbus bloqçu “Nərgiz” mükafatına layiq görülüb

Mehman Hüseynovun işindən şikayət hazırlanır

Mehman Hüseynovun işi: naməlum səbəblər

Mehman Hüseynovun şikayəti təmin edilməyib

Mehman Hüseynova yeni cinayət işi qaldırılıb

Calaq cəzalar

Məhbus bloqçunun aclıq aksiyasına başladığı bildirilir

“Mehman Hüseynova azadlıq!”: məhkəmədən yeni qərarlar gözlənir

Azadlıq istəyənlərdən dördü həbs olundu

Mehman Hüseynov aclıq aksiyasını davam etdirdiyini söyləyib

Mehman Hüseynovun işi: daha bir aksiya

Müsavat mitinq keçirmək qərarına gəlib

Penitensiar Xidmət aclıq xəbərini təkzib edir

Ombudsman Aparatı Mehman Hüseynovla bağlı məlumat yayıb

Mehmana azadlıq istəyənlərin məhkəməsi: yeni qərarlar var

Avropalı komissar Bakıya Mehman təklifi verdi

Neçə nəfər aclıq edir?

YAP-çı deputatların reaksiyası

Cəzanı hamı çəkir

Mehmanla görüşlər

Orta əməkhaqqı: yeni göstərici açıqlandı

  • 09 Yanvar 2019
  • comments

Reportyorlar (6)

  • 09 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda