• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dövlət ittihamçısı Məmməd İbrahimə cəza istədi

  • 08 Yanvar 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Məmməd İbrahimə qaldırılmış yeni cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci ilin sentyabrında həbs edilib. O, Mikayıl Quliyevi vurmaqda ittiham olunub. Bir müddət sonra vətəndaşlar Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub.

2016-cı il martın 15-də Nərimanov Rayon Məhkəməsi Məmməd İbrahimi Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) 3 il azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.

2018-ci il sentyabrın son günlərində, 3 illik həbs cəzasının başa çatmasına bir neçə gün qalmış Məmməd İbrahim 16 saylı Cəzaçəkmə Müəssisəsində (Bakının Suraxanı rayonunda yerləşir) karserə salınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bəyan edib ki, cəza axtarış-baxış tədbiri keçirilərkən Məmməd İbrahimin yastığının altından bıçaq tapılmasına görə tətbiq olunub.

Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin təqdimatı ilə Məmməd İbrahim haqqında 2 aylıq həbs qətimkan tədbiri seçib. Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham olunan Məmməd İbrahim saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. Oktyabrın 4-də Bakı Apellyasiya Məhkəməsi Məmməd İbrahim barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən şikayəti təmin etməyib.

Cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlanmasına görə məsuliyyəti nəzərdə tutan 317-2.1-ci maddəsində maksimal sanksiya 6 ayadək müddətə azadlıqdan məhrumetmədir.

Yeni cinayət işi üzrə məhkəmə prosesi 2018-ci ilin sonlarında başlanıb. İşə Suraxanı Rayon Məhkəməsində baxılır.

Novator.az-ın məlumatına görə, yanvarın 8-də Suraxanı məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı Məmməd İbrahimin 6 ay azadlıqdan məhrum olunmasını təklif edib.

Müdafiə tərəfi isə ittihamın saxta olduğunu vurğulayaraq Məmməd İbrahimə bəraət verilməsini istəyib.

Hakim Ceyhun Qədimov növbəti prosesi yanvarın 10-na təyin edib, hökmün həmin gün çıxarılacağı gözlənir.

Azərbaycan nefti büdcə qiymətinə yaxınlaşdı

  • 08 Yanvar 2019
  • comments

Bu məhkəməmdə nə olacaq?

  • 08 Yanvar 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda