AZƏRTAC-ın 4 yanvar məlumatına görə, Azərbaycan nefti “AzəriLayt”ın bir barreli 56,34 dollara düşüb.
London birjasında brent markalı neftin bir barreli 56,31 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 47,41 dollara satılır.
Novator.az bildirir ki, Azərbaycanın 2019-cu il büdcəsində neftin qiyməti 60 dollardan götürülüb. “AzəriLayt” 2019-cu ilə 57,19 dollarla start verib.
2019-cu ilin dövlət büdcəsində gəlir proqnozu 23 milyard 168 min manatdır. Dövlət Neft Fondundan 11 milyard 364,3 milyon manat daxilolma nəzərdə tutulur.