İngiltərə milli futbol çempionatı milad tətilinə çıxıb. Novator.az-ın məlumatına görə, 21-ci tura yanvarın 3-də keçirilən “Mançester Siti” – “Liverpul” oyunu ilə yekun vurulub (2:1).
“Liverpul” tətilə 54, “Mançester Siti” 50, “Tottenhem” 48 xalla yollanıb. “Çelsi”nin 44, “Arsenal”ın 41, “Mançester Yunayted”in 38 xalı var.
İspaniya çempionatında isə qış fasiləsi bitib. Yanvarın 3-ü səfərdə “Vilyarreal”la üz-üzə gələn “Real” heç-heçə (2:2) sayəsində xallarının sayını 30-a çatdırıb. 17 turda lider “Barselona” 37, “Atletiko” 34, “Sevilya” 32 xal yığıb.
Tətildə olan İtaliya çempionatında turnir cədvəlinə 19 turda 53 xal yığan “Yuventus” başçılıq edir. “Napoli” 44, “İnter” 39, “Latsio” 32, “Milan” 31, “Roma” 30 xal toplayıb.
Almaniya çempionatında Dortmund “Borussiya”sı 42 xalla öndədir. Onu 36 xalla “Bavariya” izləyir. “Borussiya” (Mönhenqladbah) 33, “Leypsiq” 31 xal götürüb.
Fransa çempionatında 17 oyuna 47 xal yığan PSJ öndədir. “Lill” 19 oyuna 34 xal götürüb, 18 oyun keçirən “Lion” isə 32 xal toplayıb.