Rusiyanın Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərindəki faciədə ölənlərin sayı 37-yə çatıb.
2018-ci il dekabrın 31-də şəhərin onmərtəbəli binalarının birində qaz sızması nəticəsində partlayış baş verib, bir blok tamam uçub.
Novator.az bildirir ki, yanvarın 3-də verilən son bilgiyə görə, faciədə 37 nəfər həlak olub. Onların 6-sı uşaqdır.
Ölənlərin ailələrinə 1 milyon rubl, ağır və orta dərəcəli xəsarət alanlara 400 min rubl, yüngül xəsarət alanlara 200 min rubl yardım veriləcəyi bəyan edilib.