Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi hesabatına görə, 2018-ci ildə Protez-Ortopedik Bərpa Mərkəzi əlilliyi olan 9284 şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib. Onların 1039-u ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlardır.
Əlilliyi olan şəxslərə 1436 əlil arabası, 794 eşitmə aparatı, 6980 cüt protez və ya ortopedik ayaqqabı, 1681 aşağı və yuxarı ətraf, döş protezi verilib.
Həmin kateqoriyadan olan vətəndaşlara 9535 müxtəlif reabilitasiya vasitələri, 1485 yuxarı və aşağı ətraf ortezləri, bel və boyun nahiyəsi üçün 341 korset, 811 dördayaqlı dayaq vasitəsi, 949 cüt qoltuqaltı, 1526 cüt dirsəkaltı ağac və s. təqdim olunub.
Ümumilikdə 2018-ci ildə əlilliyi olan şəxslərə 35351 reabilitasiya vasitəsi verilib, 597 şəxsə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.