5-dən 2-si qaldı
İspaniya, Almaniya və Fransa milli futbol çempionatları qış fasiləsinə çıxıb. Novator.az-ın məlumatına görə, 2019-cu il yanvarın 3-dək dayanan İspaniya çempionatında lider “Barselona” 17 oyuna 37, ən yaxın izləyici “Atletiko” 34 xal yığıb. “Sevilya” nın 32, bir oyun az keçirən “Real”ın 29 xalı var. ...
Rusiyada əhalinin banklara borcu 48% artıb
Rusiyanın Birləşmiş Kredit Bürosu 2018-ci ilin yanvar-noyabr ayları üzrə hesabat yayıb. Novator.az-ın məlumatına görə, 11 ayda əhalinin kredit borcunun ötən ilin eyni dövrünə nisbətdə 48% artaraq 7,67 trilyon rubla çatdığı qeyd olunur. Yanvar-noyabr aylarında kreditlərin sayında 18% artım qeydə alın...
İşsizləri udan sirli mənbə
Rövşən Ağayev İqtisadiyyatın qaydasıdır: yaşa görə işləmək hüququ olan əhalinin sayı iqtisadi fəal əhalinin sayını ötür. Problem təkcə işsizliyin real miqyasının gizlədilməsi ilə bağlı deyil. Qanunla iqtisadi fəal əhalinin tərkibinə statistikanın məşğul kimi uçota aldığı şəxslərlə yanaşı rəsmi uçota...
Köçkünlər üçün yeni yaşayış kompleksi
Dekabrın 24-də Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilib. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Buradakı mənzillərdən 77-i birotaqlı, 420-sı ikiotaqlı, 406-sı ü...
Cahangir Hacıyevin yeni işində hansı ittihamlar var?
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin yeni cinayət işi üzrə birgə məlumat yayıb. Qeyd olunur ki, istintaq 2001-2015-ci illərdə Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyevin göstərişləri əs...
Mustafa Hacıbəyli nəzarətə götürüldü
Bastainfo.com saytının baş redaktoru, Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli dekabrın 23-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsində olub. Azadliq.org-a açıqlamasında Mustafa Hacıbəyli deyib ki, bölmədə Bakı Şəhər Prokurorluğunun onun barəsində seçdiyi qərarla tanış ol...
Məhbəsə kitab aksiyası keçirilib
Dekabrın 22-də Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupun təşəbbüsü ilə paytaxtda kitab sovqatı aksiyası keçirilib. Aksiyada siyasətçilər, ictimai fəallar, yazarlar, jurnalistlər və digər şəxslər iştirak ediblər. Onlardan topanan kitablar adı siyasi məhbus kimi keçən şəxslərin saxlandığı həbsxanalara g...
Büdcədə medianın payı
Novator.az 2019-cu ilin dövlət büdcəsində media sahəsinə ayrılan vəsaitin məbləğinə nəzər salıb. Büdcə vəsaitinin 32 milyon 82,9 min manatı “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, 17 milyon 48,4 min manatı İctimai Televiziya və Radio Yayımları Şirkətinin payına düşü...
Kurslarda yenilənmə
Dekabrın 24-də Gürcüstan larisinin rəsmi kursu 0,6383 manata yüksəlib. İngiltərə funt sterlinqi də bahalaşıb: 2.1547 manat. Mərkəzi Bank ABŞ dollarının qiymətini 1.7 manat səviyyəsində saxlayıb. Bir çox valyuta isə dəyər itirib. Novator.az-ın məlumatına görə, avro 1,9366, Rusiya rublu 0,0248, Türkiy...
Büdcə qanunu və zərfində nələr var?
Prezident İlham Əliyev 2019-cu ilin dövlət büdcəsi qanununu imzalayıb. Sənəddə gəlirlər 23 milyard 168 min manat, xərclər 25 milyard 190 milyon manat göstərilir. Gəlirlər istiqaməti üzrə ilk sırada Dövlət Neft Fondundan köçürmə dayanır: proqnoz 11 milyard 364,3 milyon manatdır. Əlavə dəyər vergisind...
Culfanın icra başçısı vəzifəsindən azad olundu
Dekabrın 21-də prezident İlham Əliyev Şükür Babayevi Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Şükür Babayev 2006-cı il iyunun 26-dan Culfanın icra başçısı idi.
23 ilin icra başçısı işdən çıxarıldı
Dekabrın 21-i prezident İlham Əliyev Gülağa İslamovun Xəzər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. Gülağa Bayram oğlu İslamov 1948-ci ildə Bakıda anadan olub. Poltava Kooperasiya İnstitutunu əmtəəşünaslıq ixtisası üzrə bitirib. 1995-ci il yanvarın 25-...
Biznes imkanı: Britaniya birincidir
“Forbes” jurnalı ölkələri biznes imkanı baxımından qiymətləndirən yeni reytinq açıqlayıb. Novator.az-ın məlumatına görə, qiymətləndirmə azad ticarət; valyuta azadlığı; mülkiyyət hüququ; yeniliklərin tətbiqi; texnologiyalar; sərmayəçilərin müdafiəsi; bürokratiya; korrupsiya; şəxsi azadlıq; vergi hədd...
Mənzil idarəçiliyində nə dəyişir?
Prezident İlham Əliyev “Mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunda dəyişiklikləri imzalayıb. Yeniliyə əsasən, çoxmənzilli binanın idarə edilməsi Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin maddəyə görə, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli v...
Neçə işsiz ödəniş alır?
Azərbaycanın məşğulluq xidməti orqanları 2018-ci il dekabrın 1-nə 30 min 420 nəfərə rəsmi işsiz statusu verib, 1131 nəfər orta məbləği 212,9 manat olan işsizlikdən sığorta ödənişi alıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi paytaxt Bakıda 16 min 603 nəfər rəsmi işsizdən 608-nin s...
Medianın azad fikrə reaksiyası
Hikmət Nazim Bakı Dövlət Universitetinin psixologiya fakültəsində təhsil alan 19 yaşlı Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimov haqqında yazdığı status – ölkənin ən ucqar rayonlarında belə insanların söhbətdən xəbərdar olduğunu nəzərə alaraq burada təkrarlamağa ehtiyac görmürəm – ...
Aksiyalarda yasaq layihəsi yuxarı palatadan da keçdi
Rusiyada uşaqların icazəsiz aksiyalara cəlb olunmasına görə məsuliyyət müəyyənləşdirən qanun layihəsi imzalanmaq üçün prezidentə göndərilib. İnzibati Xətalar Məcəlləsində yenilik layihəsi dekabrın 21-də parlamentin yuxarı palatasından – Federasiya Şurasında dəstək qazanıb. Aşağı palata – Dövlət Duma...
Vergi sistemini yeniləyən qanun imzalandı
Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, yeniliklərdən biri gəlir vergisi dərəcələrinin dəyişməsidir. Qanuna əsasən, 2019-cu il yanvarın 1-dən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiz...
Minimum maaşı artıran layihə prezidentə getdi
Dekabrın 21-də Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurası minimum əməkhaqqının qaldırılması layihəsinə səs verib. İmzalanmaq üçün prezidentə göndərilən sənəd 2019-cu il yanvarın 1-dən minimum əməkhaqqının 11 min 280 rubla (282 manat) çatdırılmasını nəzərdə tutur. Novator.az-ın məlumatı...
Ekspert: “Həkimin cibinə gedən TƏBİB-in kassasına girəcək”
İqtisadçı ekspert, müxalif Respublikaçı Alternativ Partiyasının icra katibi Natiq Cəfərli “Facebook” səhifəsində yaydığı şərhdə ölkədə paralel strukturlar yaradılmasından gileylənib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, köhnə, ənənəvi dövlət-hökumət qurumları islaholunmaz səviyyədə korla...