• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yanvarın hava proqnozu

  • 28 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in AktualXəbər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, 2019-cu ilin yanvar ayında havanın orta aylıq temperaturu ölkə ərazisində müxtəlif cür olacaq.

Aylıq yağıntı miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı gözlənir. Yanvar ayının ilk günlərində mülayim, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək.

Ay ərzində Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 3-4 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti) olacaq.

Digər bölgələr üzrə orta aylıq temperatur proqnozu belədir:

Naxçıvan Muxtar Respublikası – 0-2 dərəcə şaxta, (gecələr 3-8, bəzi günlərində 11-16 dərəcə şaxta, dağlarda 18-23 dərəcə şaxta, gündüzlər 4-9 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta);

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy – 1-3 dərəcə şaxta (gecələr 2-7 dərəcə şaxta, bəzi günlərində 10-14 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta);

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl – 1-3 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 2-6 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti);

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz – 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti (gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 7-12, yüksək dağlıq ərazilərdə 17-22 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta);

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala – 3-5 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti);

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara – 2-5 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-5, dağlarda 10-15 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti).

Yeni nəşrlərin dərci və endirim kampaniyası davam ...

  • 28 Dekabr 2018
  • comments

Köçəryan içəridə qaldı

  • 28 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Ekologiya

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda