Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan bloqçu Mehman Hüseynova yeni cinayət işi qaldırılıb. Penitensiar Xidmətin rəsmi məlumatına görə, dekabrın 26-sı 14 saylı Cəzaçəkmə Müəssisəsində aparılan axtarış-baxış tədbirləri zamanı Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona zor tətbiq edib, fiziki müqavimət göstərərək bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.
Qeyd olunur ki, Əli Abdalova tibbi yardım göstərilməsi üçün müəssisəyə təcili həkim briqadası çağırılıb, Mehman Hüseynovda saxlanması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb. Qaradağ Rayon Prokurorluğu işi Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə aparır. Bu maddə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Novator.az bildirir ki, Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.
1992-ci il təvəllüdlü Mehman Hüseynov müxalif bloqçudur. Onun qardaşı Emin Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri olub. 2014-cü ildə ona qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə cinayət işi qaldırılıb. Emin Hüseynov İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, 2015-ci ildə həmin ölkəyə aparılıb.
2017-ci il yanvarın 9-da Mehman Hüseynov Bakının Nəsimi rayonunda tutulub. Onun Bakı şəhər sakini Əkrəm Təhməzovla davaya görə tutulduğu açıqlanıb. Məhkəmənin qərarı ilə Əkrəm Təhməzov 10 gün müddətinə inzibati qaydada həbs olunub, Mehman Hüseynov isə 200 manat məbləğində cərimə edilib.
Mehman Hüseynov mətbuat nümayəndələrinə verdiyi açıqlamalarda Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının onu oğurladığını, azadlığını qanunsuz məhdudlaşdırdığını, işgəncələrə məruz qoyduğunu deyib. Daxili İşlər Nazirliyi bu iddiaların əsassız olduğunu, polisin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıdığını bəyan edib. Ardınca Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev onu məhkəməyə verib.
Mehman Hüseynovun məhkəməsi: qərar verildi
Nazirlik bloqçudan şikayətçidir
Mehman Hüseynovdan iltizam alındı
Mehman Hüseynov azadlıqdan məhrum edildi
Mehman Hüseynovun şikayətinə Ali Məhkəmədə baxılacaq
Mehman işi aşağı məhkəməyə qaytarıldı
Məhkəmə hökmü yenə qüvvədə saxladı
Məhbus bloqçu “Nərgiz” mükafatına layiq görülüb
Mehman Hüseynovun işindən şikayət hazırlanır