Azel.tv saytının baş redaktoru Əfqan Sadıqov bir aylıq inzibati həbsini başa vuraraq azadlığa çıxıb.
Məlumatı jurnalistin xanımı Sevinc Sadıqova “Facebook” səhifəsində yayıb.
Həbsə noyabrın 27-si Səbail Rayon Məhkəməsi qərar vermişdi. Jurnalist İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə təqsirli bilinmişdi.
Əfqan Sadıqov bu il iyulun əvvəlində eyni ittihamla 30 sutka inzibati həbsdə olub.
2016-2108-ci illərdə isə o, xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurmada təqsirli bilinərək ilyarım həbsdə saxlanıb.