• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Azərenerji” beş sərəncamla 140 milyon manat alıb

  • 27 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Dövlət başçısı İlham Əliyev 2018-ci ilin büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə 40 milyon manat ayırıb. Dekabrın 25-də imzalanan sərəncam energetika sisteminin təkmilləşdirilməsi, əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin birgə tərtib etdiyi reabilitasiya proqramında nəzərdə tutulan tədbirlərlə əsaslandırılıb.

Bu il iyulun 3-də Azərbaycanın enerji sistemində iki böyük qəza baş verib, Bakı və Gəncə şəhərləri də daxil olmaqla 39 şəhər və rayonun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Qəzanın əsas səbəblərindən biri kimi “Azərenerji”nin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi göstərilib.

Sentyabrın 4-də dövlət başçısı İlham Əliyev sərəncam imzalayaraq Etibar Pirverdiyevi “Azərenerji”nin prezidenti vəzifəsindən azad edib. Onu Balababa Rzayev əvəzləyib.

Novator.az bildirir ki, oktyabrın 30-da dövlət başçısı “Azərenerji”yə 48 milyon manat ayırıb. Sərəncam Mingəçevir şəhərindəki istilik elektrik stansiyasının fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması və infrastrukturunun təkmilləşdirilməsi məqsədilə əsaslandırılıb.

Prezidentin 30 noyabr sərəncamı əsasında “Bakı”, “Astara” və “Yenikənd” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə “Azərenerji”yə 12 milyon manat ayrılıb.

Dekabrın 17-də imzalanan başqa bir sərəncamla “Azərenerji” Azərbaycanın elektrik enerjisi sisteminin əsas generasiya mərkəzləri olan “Şimal”, “Cənub”, “Sumqayıt” və “Mingəçevir” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi, həmçinin zəruri avadanlıqların tədarük edilməsi üçün 30 milyon manat alıb.

İlham Əliyevin 20 dekabr sərəncamı isə “Azərenerji”yə “Qobu” yarımstansiyası üçün əlaqələndirici elektrik verilişi xəttinin tikintisi, 110 kilovoltluq elektrik verilişi xətlərinin və naqillərin yenilənməsi və əsaslı təmiri işlərinin görülməsi məqsədilə 10 milyon manat ayrılmasını nəzərdə tutub.

2019-cu ilin iş və istirahət günləri

  • 27 Dekabr 2018
  • comments

Rəsmi məzənnələr

  • 27 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda