• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Maliyyə Sabitliyi Şurasının sədri dəyişdi, tərkibi yeniləndi

  • 26 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Prezident İlham Əliyev Maliyyə Sabitliyi Şurasının tərkibini dəyişib. Novator.az-ın məlumatına görə, dekabrın 25-də imzalanan fərmanla Maliyyə Sabitliyi Şurasının sədri postu prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdirinə verilib. Şuranın üzvləri bu postları tutan şəxslərdir: prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri; birinci vitse-prezidentin iki köməkçisi; maliyyə naziri; iqtisadiyyat naziri; Mərkəzi Bankın sədri; Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə heyətinin sədri; Dövlət Neft Fondunun icraçı direktoru.

Birinci vitse-prezidentin Katibliyinə Maliyyə Sabitliyi Şurasında təmsil olunacaq birinci vitse-prezidentin köməkçiləri barədə təkliflərini Maliyyə Sabitliyi Şurasına təqdim etmək tapşırılıb.

Maliyyə Sabitliyi Şurasını prezident İlham Əliyev 2016-cı il iyulun 15-də makroiqtisadi sabitliyi və maliyyə sabitliyini təmin etmək niyyəti ilə yaradıb. Sədrlik baş nazirə həvalə olunub, üzvlər sırasında prezidentin iqtisadi islahatlar üzrə köməkçisi; maliyyə naziri; iqtisadiyyat naziri; Mərkəzi Bankın sədri; Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri; Dövlət Neft Fondunun icraçı direktoru yer alıb.

Şuranın cari fəaliyyətinin təşkili məqsədilə Katiblik yaradılıb və Katibliyin funksiyasının həyata keçirilməsi Mərkəzi Banka tövsiyə edilib. 25 dekabr 2018-ci il fərmanı ilə həmin norma ləğv olunub.

Maliyyə Sabitliyi Şurasının son iclası bu il dekabrın 11-də keçirilib. 9 ayın yekunlarına həsr edilmiş iclası baş nazir Novruz Məmmədov aparıb.

İndi sədrlik prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiri Natiq Əmirova keçib. 1967-ci ildə Şabran rayonunda anadan olan Natiq Əmirov Sankt-Peterburq Maliyyə-İqtisad İnstitutunu iqtisadçı, Təfəkkür Universitetini hüquqşünas ixtisası ilə bitirib.

Uzun illər vergi orqanlarında çalışıb, vergilər nazirinin müavini və birinci müavini postlarını tutub.

2016-cı il yanvarın 25-də Natiq Əmirov prezidentin iqtisadi islahatlar üzrə köməkçisi təyin edilib, ötən il iyunun 1-dən prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi-şöbə müdiridir.

Zasın yolu açılır? 

  • 25 Dekabr 2018
  • comments

“Yeganə yol münaqişənin nizamlanması yoludur”

  • 26 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda