• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Zasın yolu açılır? 

  • 25 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mətbuat katibi Vladimir Zaynetdinov dekabrın 25-də açıqlama yayıb. Novator.az-ın məlumatına görə, açıqlamada qeyd olunur ki, KTMT-nin baş katibi postuna namizədliyi irəli sürülmüş Belarus təmsilçisi Stanislav Zas dekabrın 12-dən 20-dək Qırğızıstan, Qazaxıstan, Tacikistan, Belarus və Rusiya prezidentləri ilə görüşlər keçirib, bu görüşlərdə onun baş katib təyin olunması təklifi dəstəklənib.

Mətbuat katibi Stanislav Zasın Ermənistanın baş naziri əvəzi Nikol Paşinyanla görüşünün daha sonraya saxlandığını bəyan edib.

Məlumata görə, Kollektiv Təhlükəsizlik Şurasına sədrlik edən Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun göstərişi ilə KTMT Katibliyi Stanislav Zasın baş katib təyin olunması haqqında qərar layihəsi hazırlayıb və üzv ölkələrin müzakirəsinə təqdim edib.

Stanislav Zas 1964-cü ildə anadan olub. 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini, 1996-cı ildə Belarus Hərbi Akademiyasını, 2005-ci ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib. 2015-ci ildən Belarus Təhlükəsizlik Şurasının dövlət katibidir. General-mayor rütbəsindədir.

Hərbi-siyasi birlik olan KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. Qurumda ali vəzifəli şəxs olan baş katib postunu 2017-ci il mayın 2-dən erməni general-polkovnik Yuri Xaçaturov tutub. 2018-ci il oktyabrın 30-da o, Ermənistanın təşəbbüsü ilə vəzifədən uzaqlaşdırılıb. Baş katib səlahiyyətləri müvəqqəti olaraq müavin Valeri Semerikova verilib.

Ermənistan baş katib postuna sabiq müdafiə naziri Vaqarşak Arutyunyanı namizəd göstərib. Ancaq KTMT-nin digər üzvləri, əsasən də Belarusla Qazaxıstan Ermənistan nümayəndəsinin yenidən baş katib olmasını istəməyib. Noyabrın 8-i üzv ölkələrin liderlərinin daxil olduğu ali orqanın – Kollektiv Təhlükəsizlik Şurasının Astanada keçirilən iclasında baş katibi seçmək mümkün olmayıb və məsələ dekabrın 6-na – Sankt-Peterburq sammitinə saxlanıb. Ancaq həmin sammit təxirə salınıb, baş katib məsələsini işçi qaydada müzakirə ilə yoluna qoymaq qərara alınıb.

Qarabağın işğalında iştirak etmiş general baş katib oldu

Erməni generalın katibliyi bitdi, baş katibliyi başladı

Yuri Xaçaturova da iş qaldırıldı

KTMT: tarix, orqanlar, üzvlük qaydası

Erməni generalın postdan getməsi müzakirə olunub

Erməni general hərbi alyansdakı postunu itirdi

Baş katib seçimi dekabra qaldı

KTMT: baş katib postuna yeni namizəd kimdir?

Putin təklif edir, Paşinyan razılaşır

 

 

Dəyişən və saxlayan seçkilər

  • 25 Dekabr 2018
  • comments

Maliyyə Sabitliyi Şurasının sədri dəyişdi, tərkibi...

  • 26 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda