• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dəyişən və saxlayan seçkilər

  • 25 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetŞərh

2018-ci il Azərbaycanın və yaxın ölkələrin tarixinə seçkilərlə düşdü. Novator.az qısa xatırlatmanı diqqətə çatdırır:

Ermənistan

Martın 2-də Armen Sərkisyan parlamentdə ölkə prezidenti seçildi.

Dövlət başçısı funksiyası daşıyan prezidentin səlahiyyət müddəti 7 ildir.

1953-cü il təvəllüdlü Armen Sərkisyan 1992-1995-ci, 1998-2000-ci və 2013-2018-ci illərdə Ermənistanın Böyük Britaniyada səfiri olub, müxtəlif illərdə ölkəsini Avropa İttifaqında, Belçika, Niderland, Lüksemburq və Vatikanda təmsil edib.

1996-cı ilin noyabrından 1997-ci ilin fevralınadək baş nazir postunu tutub.

Sabiq prezident Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturdu, ancaq aprelin 23-də xalq etirazlarına görə istefa verdi. Etirazların başçısı, Vətəndaş Sazişi Partiyasının lideri Nikol Paşinyan mayın 8-də baş nazir postuna gətirildi. Oktyabrın 16-da o, növbədənkənar parlament seçkisinə yol açmaq üçün istefa verdi, ancaq baş nazir səlahiyyətlərinin icraçısı olaraq qaldı.

1975-ci il təvəllüdlü Nikol Paşinyanın “Mənim addımım” bloku dekabrın 9-da keçirilmiş növbədənkənar seçkidə 132 yerlik parlamentə 88 mandat qazandı.

Rusiya

Vladimir Putin martın 18-də keçirilmiş prezident seçkisində qalib gəldi.

1952-ci il təvəllüdlü Vladimir Putin 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib.

1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb.

2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci ildə yenidən prezident seçilib.

Rusiyada prezidentin səlahiyyət müddəti 6 ildir.

Azərbaycan

İlham Əliyev aprelin 11-də keçirilmiş növbədənkənar seçkidə prezident postunu qorudu.

1961-ci il təvəllüdlü İlham Əliyev 1994-cü ildən Azərbaycanda rəhbər vəzifələr tutur. Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti (eyni zamanda Milli Məclisin deputatı), baş nazir olub. 2003-cü il oktyabrın 15-də, 2008-ci il oktyabrın 15-də və 2013-cü il oktyabrın 9-da prezident seçilib.

2016-cı ildə konstitusiyaya edilmiş dəyişikliklə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.

Türkiyə

İyunun 24-də prezident və parlament seçkiləri keçirildi. Dövlət başçısı Rəcəb Teyyub Ərdoğan yenə prezident seçildi, onun Ədalət və İnkişaf Partiyası 600 yerlik parlamentə 295 mandat qazandı.

24 iyun seçkiləri ilə ölkə konstitusiyasına dəyişikliklər tam qüvvəyə mindi, idarə üsulu dəyişdi: baş nazir postu ləğv edildi, prezident hökumət başçısı olub kabineti formalaşdırdı.

1954-cü il təvəllüdlü Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən 2014-cü ilədək baş nazir olub. 2014-cü ildən prezidentdir.

Gürcüstan

2013-cü ildən dövlət başçısı postunu tutan Georgi Margvelaşvili yenidən prezidentliyə namizəd olmaq istəmədi. Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının dəstəklədiyi Salome Zurabişvili noyabrın 28-də prezident seçkisinin ikinci turunda dövlət başçısı seçildi.

1952-ci il təvəllüdlü Salome Zurabişvili 2004-2005-ci illərdə xarici işlər naziri olub. 2016-cı ildə parlamentin deputatı seçilib.

Salome Zurabişvili dekabrın 16-da səlahiyyətlərinin icrasına başladı və bununla ölkə tam parlament idarə üsuluna keçdi. Prezident dövlət başçısı olaraq qaldı, icra hakimiyyəti bütünlüklə baş nazirin əlində cəmləşdi.

Jurnalist Gündüz Nəsibov vəfat edib

  • 25 Dekabr 2018
  • comments

Zasın yolu açılır? 

  • 25 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda