• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

AXCP funksioneri vəhhabiliyə meylli məhbus kimi xarakterizə olunub

  • 25 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Məmməd İbrahimə qaldırılmış yeni cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılır.

Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci ilin sentyabrında həbs edilib. O, Mikayıl Quliyevi vurmaqda ittiham olunub. Bir müddət sonra vətəndaşlar Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub.

2016-cı il martın 15-də Nərimanov Rayon Məhkəməsi Məmməd İbrahimi Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) 3 il azadlıqdan məhrum edib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.

2018-ci il sentyabrın son günlərində, 3 illik həbs cəzasının başa çatmasına bir neçə gün qalmış Məmməd İbrahim 16 saylı Cəzaçəkmə Müəssisəsində (Bakının Suraxanı rayonunda yerləşir) karserə salınıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bəyan edib ki, cəza axtarış-baxış tədbiri keçirilərkən Məmməd İbrahimin yastığının altından bıçaq tapılmasına görə tətbiq olunub.

Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin təqdimatı ilə Məmməd İbrahim haqqında 2 aylıq həbs qətimkan tədbiri seçib. Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham olunan Məmməd İbrahim saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. Oktyabrın 4-də Bakı Apellyasiya Məhkəməsi Məmməd İbrahim barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən şikayəti təmin etməyib.

Cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlanmasına görə məsuliyyəti nəzərdə tutan 317-2.1-ci maddəsində maksimal sanksiya 6 ayadək müddətə azadlıqdan məhrumetmədir.

Azadliq.org-un məlumatına görə, dekabrın 25-i Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun sədrliyi ilə keçirilən prosesdə 16 saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat şöbəsinin müdiri Emin Şıxəliyevin Məmməd İbrahim haqqında mənfi xasiyyətnamə verdiyi bəlli olub.

Xasiyyətnamədə yazılıb ki, Məmməd İbrahim vəhhabiliyə meyllidir, müəssisədə məhkumlar arasında dövlətçilik və iqtidar əleyhinə təbliğat aparıb.

25 dekabr prosesində Məmməd İbrahimin vəkilləri Emin Şıxəliyevin verdiyi xasiyyətnaməni əsaslandırması üçün məhkəməyə çağırılaraq dindirilməsi barədə vəsatət qaldırıblar.

Vəkillər eyni zamanda işdə şahid kimi tanınmış, Məmməd İbrahimə Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə cinayət işi qaldırılarkən 16 saylı müəssisədə olmuş məhkumların da məhkəməyə gətirilməsini tələb ediblər.

Vəkillər həmin məhkumların hal şahidi kimi istintaqa verdikləri ifadələri şübhə altına alıblar.

Söhbət üç məhkumdan gedir. Onların ikisi Məmməd İbrahim haqqında istintaqda ifadə verəndən sonra azadlığa buraxılıb, biri isə məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.

Hakim bildirib ki, azadlığa çıxanların yerini müəyyənləşdirmək mümkün olmayıb. Amma məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanan şahid məhkəməyə çağırılıb dindiriləcək.

Emin Şıxəliyevlə bağlı vəsatət isə rədd olunub.

Proses 2019-cu il yanvarın 8-də davam edəcək.

Jurnalistin apellyasiya şikayətinə baxılıb

  • 25 Dekabr 2018
  • comments

Müxalifətin vəzifələri: dəyirmi masa keçirildi

  • 25 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda