• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Cahangir Hacıyevin yeni işində hansı ittihamlar var?

  • 24 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetXəbər

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin yeni cinayət işi üzrə birgə məlumat yayıb. Qeyd olunur ki, istintaq 2001-2015-ci illərdə Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alğı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edib: “Bundan başqa istintaqla Cahangir Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr üzə çıxıb.

Aparılmış istintaqla Cahangir Hacıyevin tanışı Dünyamin Xəlilov (sabiq deputat, hazırda həbsdədir), digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manatı mənimsədiyi bilinib.

İstintaqla həmçinin Cahangir Hacıyevin Dünyamin Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr üzə çıxıb.

Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən küllü miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, Dünyamin Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunub. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib”.

2015-ci ilin dekabr ayında Azərbaycanda həbs olunan Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. İttihama əsasən, 2001-2015-ci illərdə Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyev digər şəxslərlə qabaqcadan əlbir olaraq mütəşəkkil qrup yaradıb və həmin qrupa rəhbərlik edib, qulluq mövqeyindən sui-istifadə edərək özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesabları açıb və həmin hesablara külli miqdarda pul vəsaitlərinin köçürülməsi barədə qanunsuz göstərişlər verib. Qeyd olunub ki, Cahangir Hacıyev və cinayətin digər iştirakçıları Müşahidə Şurasının qərarı olmadan Beynəlxalq Bankın filiallarında bir çox fiziki şəxsin adına kredit pullarını rəsmiləşdirərək mənimsəyiblər, Beynəlxalq Banka 211 milyon manatdan çox ziyan vurublar.

Cahangir Hacıyevin həyat yoldaşı, Londonda yaşayan Zamirə Hacıyeva da iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Barəsində həbs qətimkan tədbiri seçilən Zamirə Hacıyeva axtarışa verilib.

Bu il Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Milli Agentliyi Zamirə Hacıyevadan sərvətinin mənbəyini açıqlamağı tələb edib. Zamirə Hacıyevanın Londonda bahalı ev alması, külli miqdarda pul xərcləməsi Britaniya hüquq mühafizə orqanlarına şübhəli görünüb, onun zinət əşyaları müsadirə olunub, hesabları dondurulub.

Noyabr ayında Zamirə Hacıyeva həbs edilib, ancaq axşam 21-dən səhər 6-dək evdən çıxmamaq, hər gün günortayadək polis bölməsinə baş çəkmək şərtləri ilə azadlığa buraxılıb.

Mustafa Hacıbəyli nəzarətə götürüldü

  • 24 Dekabr 2018
  • comments

Köçkünlər üçün yeni yaşayış kompleksi

  • 24 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda