• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Büdcə qanunu və zərfində nələr var?

  • 24 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in ManşetŞərh

Prezident İlham Əliyev 2019-cu ilin dövlət büdcəsi qanununu imzalayıb. Sənəddə gəlirlər 23 milyard 168 min manat, xərclər 25 milyard 190 milyon manat göstərilir.

Gəlirlər istiqaməti üzrə ilk sırada Dövlət Neft Fondundan köçürmə dayanır: proqnoz 11 milyard 364,3 milyon manatdır.

Əlavə dəyər vergisindən 4 milyard 194 milyon manat, hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən 2 milyard 670,4 milyon manat, fiziki şəxslərin gəlir vergisindən 880 milyon manat daxilolma proqnozlaşdırılır.

Novator.az bildirir ki, 2019-cu ildə sənaye, tikinti və faydalı qazıntılara 6 milyard 390,7 milyon manat xərc çəkmək nəzərdə tutulur. Digər istiqamətlər üzrə xərc proqnozları belədir:

Ümumi dövlət xidmətləri – 3 milyard 886,7 milyon manat

Müdafiə – 3 milyard 37,6 milyon manat

Sosial müdafiə və sosial təminat – 2 milyard 620,4 milyon manat

Təhsil – 2 milyard 285,9 milyon manat

Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 1 milyard 563,5 milyon manat

Səhiyyə – 1 milyard 42,5 milyon manat

Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi – 874,2 milyon manat

Mənzil və kommunal təsərrüfatı – 362,3 milyon manat

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət – 359 milyon manat

İqtisadi fəaliyyət – 393,2 milyon manat

Nəqliyyat və rabitə – 175,8 milyon manat

Yanacaq və enerji – 7,8 milyon manat

Əsas bölmələrə aid edilməyən xidmətlər – 2 milyard 190,3 milyon manat.

Prezident gələn ilin büdcə zərfinə daxil olan digər sənədləri də təsdiqləyib. Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə gəlirləri və xərcləri 3 milyard 928 milyon 104 min manat nəzərdə tutulur.

2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində götürülüb.

İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri 83 milyon 451 min 400 manat həddində rəsmiləşib.

Culfanın icra başçısı vəzifəsindən azad olundu

  • 21 Dekabr 2018
  • comments

Kurslarda yenilənmə

  • 24 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda