Prezident İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklikləri imzalayıb. Novator.az bildirir ki, yeniliklərdən biri gəlir vergisi dərəcələrinin dəyişməsidir. Qanuna əsasən, 2019-cu il yanvarın 1-dən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən 8000 manatadək aylıq gəlirindən 7 il müddətində vergi tutulmayacaq.
Aylıq gəlir 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində vergi tətbiq ediləcək.
Qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulacaq.