• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mənzil idarəçiliyində nə dəyişir?

  • 21 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in AktualŞərh

Prezident İlham Əliyev “Mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunda dəyişiklikləri imzalayıb. Yeniliyə əsasən, çoxmənzilli binanın idarə edilməsi Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin maddəyə görə, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir.

“Mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunda göstərilir ki, mənzil sahəsinin və kommunal xidmətlərin haqqının ödənilməsində imtiyazları olan vətəndaşlar kommunal xidmətlərin dəyərinin müəyyən edilməsində, habelə özəlləşdirilmiş mənzillərə (evlərə) dövlət mənzil-istismar və təmir-tikinti təşkilatlarının xidmət göstərməsində və onların təmirində də imtiyazlarını saxlayırlar.

Novator.az-ın məlumatına görə, iqtisadçı ekspert Samir Əliyev yeniliyi belə şərh edib: “Qanuna dəyişikliklə bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv olunub. Çoxmənzilli binanın idarə edilməsi Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə uyğun həyata keçiriləcək. Bu vaxta qədər qanun özəlləşdirilmiş mənzillərə xidməti və onların təmirini mülkiyyətçilərin vəsaiti hesabına dövlət mənzil fondunun evləri üçün müəyyən edilmiş şərtlərlə həyata keçirilməsini nəzərdə tuturdu. Elə buna görə sovet dövründə və ondan əvvəl tikilmiş binalarda mənzil xidmətlərinin tarifləri Nazirlər Kabinetinin 10 mart 2000-ci il qərarı əsasında müəyyənləşirdi. Həmin qərara görə, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin saxlanması üçün xidmət haqqı 1 kvadratmetr yaşayış sahəsi üçün ayda 1,5 qəpik edir. Yeni dəyişiklik nəticəsində özəl mənzillər üçün bu tarif ləğv olunur və xidmət haqqının müəyyənləşdirilməsi əhalinin öz üzərinə buraxılır.

Bu, mənzil istismar sahələrinin (MİS) mənzil idarəçiliyindən uzaqlaşdırılması istiqamətində daha bir addımdır. Bundan sonra MİS-lər əhalidən mənzil pulu yığa bilməyəcək. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunda birbaşa göstərilir ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə ancaq müqavilə əsasında xidmət göstərə bilərlər. Belə bir müqavilə isə bu vaxta qədər yoxdur”.

Neçə işsiz ödəniş alır?

  • 21 Dekabr 2018
  • comments

Biznes imkanı: Britaniya birincidir

  • 21 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribunaYazarlar

Baydenin yalan dolu mirası – “Wall Street Journal”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetYazarlar

Tramp hansı sabiqləri mühafizəsiz qoyub?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribunaYazarlar

Baydenin yalan dolu mirası – “Wall Street Journal”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetYazarlar

Tramp hansı sabiqləri mühafizəsiz qoyub?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda