• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhbəsə kitab sovqatı

  • 20 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Dekabrın 22-si Bakıda siyasi məhbus sayılan şəxslər üçün kitab sovqatı aksiyası keçiriləcək.

“Məhbəsə kitab sovqatı” adlı aksiyanın xüsusiyyəti belədir: istənilən şəxs istənilən kitabı gətirib aksiyanın təşkilatçılarına təqdim edir, toplanan kitablar adı siyasi məhbus kimi keçən şəxslərin saxlandığı həbsxanalara göndərilir. İndiyədək bir neçə dəfə belə aksiya keçirilib.

22 dekabr aksiyasının təşkilatçısı Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupudur. Qrupun yaydığı elanda daha çox Azərbaycan və Türkiyə türkcəsində kitab sovqatına ehtiyac olduğu vurğulanır.

Aksiyanın koordinatorlarından olan jurnalist Xədicə İsmayıl (digər koordinator hüquq müdafiəçisi İntiqam Əliyevdir) sosial şəbəkədə bununla bağlı yazıb: “Həbsxanada günlər kitabsız keçmir. Siyasi məhbusların yeknəsəq keçən günlərini maraqlı etmək üçün bu il də kitab kampaniyası keçiririk. Könlünüzdən keçən bir kitabı götürün və məhbuslar üçün gətirin. Yeni il öncəsi, dekabrın 22-də, saat 12-dən 19-dək kitab sovqatınızı qəbul edəcəyik. Gəlin, siyasi məhbuslarla bayramlaşaq!
Tədbirə hər kəs dəvətlidir”.

Aksiya Cəfər Cabbarlı küçəsi, 40-da yerləşən “Kaspian Plaza”nın 1-ci korpusunda, 8-ci mərtəbədə keçiriləcək.

Bəzi hüquq müdafiəçiləri Azərbaycanda 150 nəfərdən çox şəxsi siyasi məhbus sayır. Belə məhbuslar arasında jurnalistlər Seymur Həzi, Əfqan Muxtarlı, Mehman Hüseynov, hüquqçu Əliabbas Rüstəmov, siyasətçilər Fuad Qəhrəmanlı, Gözəl Bayramlı, Əlikram Xurşidov, gənc fəallar İlkin Rüstəmzadə, Qiyas İbrahimov, Bayram Məmmədov, Elgiz Qəhrəman, sabiq səhiyyə naziri Əli İnsanov və başqaları göstərilir.

Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır: saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və birləşmə azadlığı pozulmaqla həyata keçirilibsə; saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə; həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə; vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.

Saxta avro əməliyyatı: iki nəfər həbs edilib

  • 20 Dekabr 2018
  • comments

Qanunsuz balıq ovu ilə bağlı xəbərdarlıq

  • 20 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda