• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhbus jurnalistin şikayətinə baxılıb

  • 14 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Dekabrın 13-də Səbail Rayon Məhkəməsində Realliq.info saytının həbsdə olan baş redaktoru İkram Rəhimovun şikayətinə baxılıb.

Şikayət İkram Rəhimovun evində, avtomobilində axtarış aparılması, götürmənin həyata keçirilməsi, kompüter və telefon yaddaşına baxış keçirilməsi ilə bağlı olub. Jurnalist məhkəmədə həmin prosedurların qanuniliyini mübahisələndirib.

Baş redaktorun yaxınları Meydan.tv-yə bildiriblər ki, prosesdə İkram Rəhimov özü də iştirak edib.

Səbail Rayon Məhkəməsinin hakimi Nurəddin Bağırov şikayəti rədd edib.

Yaxınları Meydan.tv-yə jurnalistin saxlanma şəraitindən narazı olduğunu da söyləyiblər.

İkram Rəhimovu oktyabrın 26-da Dövlət Təhlükəsizliyi Xidməti həbs edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsinin həmin gün yaydığı məlumatda deyilir: “Azərbaycan Respublikasının vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə Realliq.info və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

İkram Rəhimov oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup  şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) maddələri üzrə cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib.

İstintaq araşdırmaları davam edir”.

İkram Rəhimov irəli sürülən ittihamları rədd edir.

ABŞ-ın Azərbaycan səfiri Senatdan keçdi

  • 14 Dekabr 2018
  • comments

Klub turnirlərində 19 ölkənin 48 komandası qalır

  • 14 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda