Bakının Babək prospektində, 9 kilometrlik avtomobil yolunda yenidənqurma işləri yekunlaşıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bildirir ki, prospekt boyunca 4 kilometrə yaxın kanalizasiya kollektoru, 1000 və 800 millimetr diametrli polad borularla ümumilikdə 30 kilometrə yaxın su xətti çəkilib.
Yenidənqurma işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub. Bu işlərə uyğun olaraq prospektdə 99 nöqtədə kanalizasiya xətlərinin baxış qapaqları da yenilənib.