• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qarabağ Komitəsində yeni sədr

  • 13 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetXəbər

Bir qrup ictimai-siyasi xadimin yaratdığı Qarabağ Komitəsində sədrlik Tural Abbaslıya keçib.

Novator.az bildirir ki, 1982-ci il təvəllüdlü Tural Abbaslı Ağ Partiyanın (əvvəlki Vahid Azərbaycan Partiyası ) başqanıdır.

Bu il yaranan Qarabağ Komitəsinə əvvəlcə Qarabağ Azadlıq Təşkilatının başçısı Akif Nağı, sonra müharibə veteranı, ictimai xadim İlham İsmayıl sədrlik edib.

Başqa bir məlumata görə, Qarabağ Komitəsi 15 dekabr mitinqinə icazə verməyən Bakı Şəhər İcra Hakimiyyəti ilə məhkəmədə çəkişəcək. Mitinqi Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionunda, “Qarabağa azadlıq!”, “İşğala son!” şüarları ilə keçirmək planlaşdırılırdı.

Sentyabrın 29-da komitə həmin stadionda eyni şüarlarla mitinq keçirib. Komitənin noyabrın 24-nə təyin etdiyi analoji mitinqə isə meriya razılıq verməyib. Dekabrın 15-nə təyin olunmuş aksiya ilə də bağlı eyni cavab alınıb. Aksiyanın təşkilatçıları 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək paytaxt meriyasının qərarının qanunsuz sayılmasını istəyiblər.

İcra hakimiyyətinin həm 24 noyabr, həm də 15 dekabr mitinqinin təşkilatçılarına təqdim etdiyi imtina məktublarında bildirilib ki, prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün ölkə daxilində və beynəlxalq miqyasda ciddi iş aparır, Qarabağ məsələsi ilə bağlı danışıqlar şəffaf aparılır, KİV-ə təfsilatı ilə açıqlanır və buna görə də mitinqin keçirilməsi məqsədəuyğun deyil.

Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin noyabrın 8-i ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin – Rusiya, Fransa və ABŞ-ın Azərbaycandakı səfirlikləri qarşısında keçirmək istədiyi piketlərə də razılıq verməyib. Aksiyalarda beynəlxalq vasitəçilərin passiv mövqeyinə, təcavüzkar Ermənistana təzyiq göstərilməməsinə etiraz bildirmək nəzərdə tutulurdu.

Paytaxtda Qarabağ mitinqi

Qarabağ Komitəsinin nə planları var?

Qarabağ Komitəsi ittiham edir

Dekabrın 15-i Bakıda mitinq ola bilər

İdman ilinin nöqtəsi

  • 13 Dekabr 2018
  • comments

145 mənzil hədiyyə olundu

  • 13 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda