Kiyev Beynəlxalq Sosiologiya İnstitutu Ukraynada 2019-cu il martın 31-nə təyin olunmuş prezident seçkisi ilə bağlı yeni sorğu keçirib. Novator.az-ın məlumatına görə, noyabrın 23-dən dekabrın 3-nə qədər 110 yaşayış məntəqəsində, 2000 respondent arasında aparılmış sorğuya qatılanların 21,2%-i Ali Radanın deputatı, Batkivşina Partiyasının lideri Yuliya Timoşenkoya dəstək verib.
İkinci yerdə 14,6% dəstəklə şoumen Vladimir Zelenski qərarlaşıb.
İndiki prezident Pyotr Poroşenko seçicilərin 11,6%-nin dəstəyini qazanıb.
Müxalif deputat Yuri Boykonu respondentlərin 11%-i, Radikal Partiyanın lideri Oleq Lyaşkonu 8,7% dəstəkləyib.
Sorğu iştirakçılarına 37 namizədin adı təklif olunub.
Səidə Hüseynova