• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

DOST fərmanının detalları

  • 11 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Prezident İlham Əliyev fərman imzalayaraq Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin nizamnaməsini, strukturunu, “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısını və xidmət göstərilməsi qaydasını təsdiqləyib.

Fərmana görə, DOST Agentliyinin nizamnamə fondu 10 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Agentliyin aparatının işçilərinin say həddi 312 ştat vahidi müəyyən edilib. “DOST” mərkəzləri işçilərinin say həddini müəyyən etmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətindədir.

Agentliyin, o cümlədən “DOST” mərkəzlərinin saxlanma xərcləri və fəaliyyəti bu mənbələrdən maliyyələşdirilir: dövlət büdcəsi; fəaliyyətindən əldə edilən gəlir; işsizlikdən sığorta fondunun büdcəsi; Dövlət Sosial Müdafiə Fondunun büdcəsi; cərimələrdən, maliyyə sanksiyalarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesabına köçürülən vəsaitdən ayırmalar; kreditlər, qrantlar, ianələr; qanunla qadağan olunmayan digər mənbələr.

Nazirlər Kabineti “DOST” mərkəzlərində ödənişli xidmətlər göstərilməsinin qanuni əsaslarına dair təkliflərini iki ay müddətində hazırlamalıdır.

Novator.az bildirir ki, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “DOST” mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir. Müşahidə Şurası 7 üzvdən: əmək və əhalinin sosial müdafiəsi nazirindən, birinci vitse-prezidentin köməkçisindən, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrindən, Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədrindən, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrindən, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidentindən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir nümayəndəsindən ibarət tərkibdə yaradılır. Şuraya əmək və əhalinin sosial müdafiəsi naziri sədrlik edir.

Agentliyin fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir. İdarə Heyəti 3 üzvdən – sədr və iki üzvdən ibarətdir. Onların təyinatı Müşahidə Şurası sədrinin səlahiyyətindədir.

Agentliyin nizamnaməsi

Xidmətlər

Xidmət qaydası

Siqaret yasağı sərtləşdi

  • 11 Dekabr 2018
  • comments

Kurs yenilikləri

  • 11 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ukraynalılar ərazi güzəştinə nə deyirlər? – Sorğu

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Rusiyada yoluxucu xəstəliklər niyə artır?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Latışlara meydan oxuyan deputatla bağlı təhqiqat

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

İsrailin Ukraynaya “Patriot” ötürdüyü təsdiqlənib

GLOBALS:0

Tags

  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ukraynalılar ərazi güzəştinə nə deyirlər? – Sorğu

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ukraynalılar ərazi güzəştinə nə deyirlər? – Sorğu

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Rusiyada yoluxucu xəstəliklər niyə artır?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Latışlara meydan oxuyan deputatla bağlı təhqiqat

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda