• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qurbanlı nəticələr

  • 10 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetXəbər

AFFA İcraiyyə Komitəsinin 8 dekabr iclasında Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovla müqaviləyə vaxtından əvvəl xitam verilib. 2017-ci il noyabrın 3-də 6 illik müqaviləyə imza atmış Qurban Qurbanov “Qarabağ” klubunun baş məşqçi postunu da əlində saxlamışdı.

İcraiyyə Komitəsi bəyan edib ki, Qurban Qurbanovla yolları Azərbaycan milli komandasının 2018-ci ildə göstərdiyi nəticələri nəzərə alaraq və ona “Qarabağ” klubuna daha çox vaxt ayırmağa imkan yaratmaq məqsədilə ayırır.

Novator.az bildirir ki, bu il milli komanda Qurban Qurbanovun rəhbərliyi altında 6 yoldaşlıq görüşü keçirib.

Yanvarda Türkiyənin Antalya şəhərində Moldova millisi ilə görüş qolsuz bitib.

Martda Belarusla Bakıdakı oyunda qonaqlar 1:0 üstün olublar, Antalyada Makedoniya yığması ilə matç heç-heçə bitib – 1:1.

Yığma mayda Bakıda Qırğızıstan millisinin qapısına 3 cavabsız top vurub.

İyunda Astanada Qazaxıstanın qonağı olan milli komanda 0:3 hesabı ilə uduzub, Riqada Latviya millisinə üstün gəlib – 3:1.

Qalan 6 matç sentyabr-noyabr aylarında UEFA Millətlər Liqası çərçivəsində keçirilib. D divizionunun 3-cü qrupunda yarışan Azərbaycan Kosovo ilə 0:0 və 0:4, Malta ilə iki dəfə 1:1, Farer adaları ilə 2:0 və 3:0 nəticələrinə imza atıb. Qrupu 9 xalla ikinci sırada bitirən yığma C divizionuna yüksələ bilməyib.

Ümumilikdə Qurban Qurbanovla 12 oyunun 4-ü qələbə, 5-i bərabərlik, 3-ü məğlubiyyətlə bitib. Yığma 14 top vurub, 12 top buraxıb.

Qurban Qurbanov 1972-ci ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. Futbolçu karyerası ərzində Azərbaycanın “Daşqın”, “Turan”, “Kür-Nur”, “Neftçi”, “İnter”, Gürcüstanın “Mertsxali”, “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Baltika”, “Volqar” klublarında və Azərbaycanın milli komandasında hücumçu mövqeyində çıxış edib.

2006-cı ildə futbolçu karyerasını başa vuran Qurban Qurbanov əvvəl Bakının “İnter” klubunun idman direktoru vəzifəsində çalışıb, sonra “Neftçi”də baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən “Qarabağ”ın baş məşqçisidir.

“Qarabağ” onun dövründə 5 dəfə Azərbaycan çempionu olub, 4 dəfə Azərbaycan kubokunu qazanıb, 4 dəfə Avropa Liqasının, 1 dəfə Çempionlar Liqasının qrup mərhələsinə düşüb.

Neftin yeni qiymətləri

  • 10 Dekabr 2018
  • comments

Pozuntu və cəza statistikası

  • 10 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda