Azərbaycanın hüquqi və fiziki şəxsləri 2018-ci ilin yanvar-oktyabr aylarında 178 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 104 ölkəyə məhsul ixrac olunub, 171 ölkədən mal alınıb. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, 10 ayda ölkənin xarici ticarət dövriyyəsi 26 milyard 534,3 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 17 milyard 281,7 milyon dollar, idxalın dəyəri 9 milyard 252,6 milyon dollar təşkil edib, 8 milyard 29,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 36,4 faiz, o cümlədən ixrac 38,3 faiz, idxal 33 faiz artıb. Real ifadədə isə dövriyyənin 1,3 faiz, o cümlədən ixracın 1 faiz, idxalın 1,9 faiz yüksəldiyi bildirilir.
Yanvar-oktyabr aylarında 1 milyard 351,1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib, bu da 2017-ci ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 10,9 faiz, real ifadədə isə 1,7 faiz çoxdur.