• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İlkin mandat bölgüsü bəlli olub

  • 10 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Ermənistanın News.am saytı yeni parlamentdə təmsil olunacaq qüvvələrə nə qədər mandat düşəcəyini hesablayıb.

Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisinin ilkin rəsmi nəticələrinə görə, baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyanın “Mənim addımım” bloku 884 min 456 səslə irəli çıxıb.

103 min 824 səs alan Çiçəklənən Ermənistan Partiyası və 80 min 24 səs alan İşıqlı Ermənistan Partiyası da parlamentə düşür.

Novator.az bildirir ki, News.am saytı yeni parlamentin 132 deputatdan ibarət olacağını bəyan edib. Hesablamaya görə, “Mənim addımım” bloku parlamentdə 88 mandatla təmsil olunacaq.

Çiçəklənən Ermənistan Partiyasının 26 mandat, İşıqlı Ermənistan Partiyasının 18 mandat götürəcəyi vurğulanır.

Ermənistan Konstitusiyasına görə, ölkə parlamenti azı 101 nəfərdən ibarət olmalıdır. 2017-ci ildə seçilmiş parlamentin 105 üzvü vardı.

1975-ci il iyunun 1-də İcevan şəhərində doğulan Nikol Paşinyan əsası 2013-cü ildə qoyulmuş Vətəndaş Sazişi Partiyasının lideridir. 2017-ci ilin parlament seçkisində Vətəndaş Sazişi Partiyası daha iki partiya ilə birgə “Çıxış” bloku yaradıb. Blok 105 nəfərlik parlamentə 9 mandat qazanıb.

2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanın bir çox şəhəri boyunca prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı yürüş keçirib. Aprelin 13-dən Yerevanda onun başçılığı ilə keçirilən davamlı aksiyalarda Serj Sərkisyanın hakimiyyətdən getməsi tələb edilib.

Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də istefa verib.

Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib. Oktyabrın 16-da o, növbədənkənar parlament seçkisinə yol açmaq üçün istefa verib, ancaq baş nazir səlahiyyətlərinin icraçısı olaraq qalır.

“Bir ay sonra yenə müayinədən keçməliyəm”

  • 10 Dekabr 2018
  • comments

Milli çempionatlarda nə yenilik var?

  • 10 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
comments
Xəbər

“Avroviziya”: qalib, qaliblər

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

“Qarabağ”lı turnir

Son materiallar

comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0
comments
Xəbər

Rumıniyada seçki nöqtəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda