• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

XİN Hesablama Palatasının yoxlamasından necə çıxıb?

  • 07 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Hesablama Palatası Xarici İşlər Nazirliyində apardığı auditin nəticələrini açıqlayıb. Rəsmi məlumata görə, Xarici İşlər Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi, dövlət rüsumlarının hesablanması, dövlət büdcəsinə köçürülməsi və büdcədənkənar vəsaitlərin icrası yoxlanıb. Audit 1 yanvar 2016-cı ildən 1 fevral 2018-ci ilədək olan dövrü, ümumilikdə 59 milyon 252,7 min manat vəsaiti əhatə edib, Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinin təqdim etdiyi illik maliyyə hesabatlarının təhlili aparılıb.

Novator.az bildirir ki, hesabata əsasən, auditlə əhatə olunan illərdə nazirliyin iki əməkdaşına əməyin ödənişi aparılarkən vergi güzəşti düzgün tətbiq edilməyib, məzuniyyətə çıxarkən bəzi əməkdaşların ümumi aylıq gəlirindən gəlir vergisi az tutulub, dövlət qulluqçularına ixtisas dərəcəsi və stajına görə əlavələrin hesablanmasında nöqsanlara yol verilib, iki halda ezamiyyət xərci düzgün tətbiq edilməyib, yanacaq sərfi norması avtomobillərin texniki göstəricilərinə uyğun müəyyən edilməyib: “2016-cı il ərzində bank xidmətləri xərcləri dövlət rüsumlarının tərkibindən tutulub, dövlət rüsumlarının tutulması haqqında hesabatlarda dövlət büdcəsinə hesablanmış dövlət rüsumlarının məbləği az göstərilib, iki səfirlik üzrə dövlət büdcəsinə köçürülməmiş dövlət rüsumu üzrə borc məbləği qalıb, bəzi hallarda dövlət rüsumları dövlət büdcəsinə gecikmə ilə köçürülüb.

Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqları üzrə 1 yanvar 2018-ci ilə istifadə edilməyən vəsait qalıqları tələb olunan müddətdə dövlət büdcəsinə tam və vaxtında qaytarılmayıb, təhtəlhesab şəxslərlə və müxtəlif debitor və kreditorlarla hesablaşmalar hesabı üzrə qalıq məbləğlərin bağlanması üçün müvafiq tədbirlər tam görülməyib.

Nazirlik auditdən sonrakı dövrdə təhtəlhesab şəxslərlə hesablaşmalar üzrə əksər debitor borcların bağlanmasına nail olub. Hesablama Palatası yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib. Müəyyən edilmiş digər nöqsanların aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslər üzrə zəruri tədbirlərin görülməsi, həyata keçirilmiş bütün tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Xarici İşlər Nazirliyinə, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarında ilin sonuna istifadə edilməyən qalıq vəsaitləri, təhtəlhesab şəxslərlə və müxtəlif debitor və kreditorlarla hesablaşmalar üzrə məlumat Maliyyə Nazirliyinə göndərilib”.

Razılaşma ərəfəsinin qiymətləri

  • 07 Dekabr 2018
  • comments

Pensiya ödənişində nöqsanlar

  • 07 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda