• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rəsmilərin qeyri-rəsmi görüşü

  • 07 Dekabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Prezident İlham Əliyev dekabrın 6-sı Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) liderlərinin qeyri-rəsmi zirvə görüşündə iştirak edib. Görüşə onunla yanaşı Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Moldova prezidenti İqor Dodon, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Özbəkistan prezidenti Şövkət Mirziyayev, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Tacikistan prezidenti İmaməli Rəhman, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan, MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev qatılıblar.

Prezident Kitabxanasında keçirilən zirvə görüşündən sonra qeyri-rəsmi nahar olub, bunun ardınca liderlər Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin “Şelkunçik” baletinə baxıblar.

MDB-nin əsası Rusiya, Belarus və Ukrayna dövlət başçılarının 8 dekabr 1991-ci ildə imzaladığı sazişlə qoyulub.

21 dekabr 1991-ci ildə keçmiş SSRİ-nin daha 8 respublikası – Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan sazişi imzalayaraq MDB-yə qoşulublar.

Azərbaycanın MDB-yə qoşulması 20 sentyabr 1993-cü ildə rəsmiləşib. 1993-cü il dekabrın 9-da Gürcüstan da MDB-yə daxil olub.

22 yanvar 1993-cü ildə Minskdə MDB-nin nizamnaməsi qəbul edilib. Ukrayna və Türkmənistan nizamnaməni imzalamayıb. Həmin vaxtdan bu iki dövlət MDB-nin üzvləri yox, təsisçiləri və iştirakçıları sayılıb.

Rusiyanın hərbi təcavüzünə məruz qalan Gürcüstan 18 avqust 2008-ci ildə MDB-dən çıxmaq barədə nota verib. Təşkilatın nizamnaməsinə uyğun olaraq bir il sonra – 18 avqust 2009-cu ildə Gürcüstanın MDB-dən ayrılması rəsmiləşib.

2014-cü ildə Rusiya Ukrayna torpaqlarını işğal edəndən sonra rəsmi Kiyev MDB-nin tədbirlərini ya boykot edib, ya da toplantılarda aşağı ranqlı məmurlarla təmsil olunub. Bu il mayın 19-da Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin Müstəqil Dövlətlər Birliyinin bütün nizamnamə orqanlarındakı təmsilçilərini geri çağıran fərman imzalayıb.

MDB-nin icra orqanı Minskdə yerləşir.

Cəhənnəmdən keçmiş mələk (100)

  • 07 Dekabr 2018
  • comments

Dollar: sabitlik 9 ayı tamamladı

  • 07 Dekabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda